Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, Daxili işlər nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin əlahiddə komendant bölüyünün komandiri vəzifəzində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, istefada olan mayor Faiq Sadıxovic Baxtiozinin fevral ayının 28- də dünyaya göz acdığı gündür.
Bu əlamətdar gün münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan mayor Faiq Baxtiozini Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər, Faiq qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Baxtiozin Faiq Sadıxovic 1960-ci ilin fevral ayının 28-də Bakı şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.
Mayor Faiq Baxtiozin Bakı şəhər orta məktəbi, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini” bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox təlim- metodiki toplanışlada, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.Faiq Baxtiozin istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qayda da şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor Faiq Baxtiozin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Baxtiozin Faiq Sadıxovic Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından bir sıra medallarla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
FAİQ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder