Təbrik:Mayor Bəhruz Məmmədov - 52



Yüksək hərbi peşəkarlığı, humanistliyi,  işgüzarlığı,iradı, mənəvi keyfiyyəti ,dəqiqliyi, təmkinliyi ,sadəliyi, səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən   ən məhsuldar  dövrünün 23 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş, müharibə veteranı- ehtiyatda olan mayor Məmmədov Bəhruz Nürəddin oğlunun mart ayının 2- də dünyaya göz acdığı gündür.


 Müharibə Veteranı ehtiyatda olan mayor Məmmədov Bəhruz Nürəddin oğlunu doğum günü münasibətilə Daxilii işlər nazirliyi   Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, döyüş  və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Bəhruz qoy yaşının üstə gələn bu yaş  da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Müharibə veteranı - ehtiyatda olan mayor  Məmmədov Bəhruz Nurəddin oğlu 1972 — ci ildə mart ayının 2- də Lənkəran rayonunun Girdəni kəndində zəhmətkeş  ailədə anadan olub.

1979- cu ilin sentyabr ayının 1- də Lənkəran rayonunun Girdəni kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1989 - cü ilin may ayınında həmin məktəbin 10-cu  sinifini bitirib.

1989- cü ilin avqust ayında Rusya Federasiyasının Kemerovo şəhərində yerləşən Rabitə Qoşunları marşalı İvan Terenteyeviç Peresipkin adına Kemerov Ali Hərbi Rabitə komandirləri məktəbinə daxil olmuş, 1992-ci iln may ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü təhlükədə olduğu üçün öz iradəsilə hərbi təhsilimi davam etdirmək üçün Bakı Ali Hərbi Birləşmiş komandilər məktəbinin rabitə fakültəsinə keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin  müvafiq  əmirinə əsasən 1992-ci ildə avqust ayının 29- da ona ilk leytenant hərbi rütbəsi verilib. .1993-cü ilin iyun ayının 2-də həmin məktəbi “Rabitə vasitələrinin istismarı üzrə mühəndis”  ixtisası üzrə bitirib. 1992-ci il sentyabr ayından -1993-cü ilin may ayına qədər Fizuli və Beylaqan rayonlarında yerləşən briqadaların birində rabitə bölüyündə radio rabitə tağımının komandiri,briqadanın rabitə xidməti rəisinin  köməkcisi vəzifələrində xidmət edib. Fizuli,Beylaqan və Ağcabədi rayonlarının müdafiəsi üzrə keçirilən döyüş əməliyyatlarında fəal  iştirak etmiş və döyüş əməliyyatları zamanı briqadanın naqil və radio rabitəsini təşkilini   təmin  etmişdir

    1993-cü ilin sentyabr ayının 25-dən DİN-nin Daxili Qoşunların Lənkəran şəhərində yerləşən həbi  hissədə rabitə xidmətinin rəisi kimi hərbi xidmətə başlamışdır. 1994- cü ilin may – iyun aylarında həmin hərbi hissənin Horadiz istiqamətində döyüş xidməti aparan kəşfiyyat qrupunun komandirinin vəzifələrin yerinə yetirmişdir.

   2002-ci ilin dekabr ayından 2003-cü  ilin avqust ayınadək DİN-in Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi kimi xidmət edib.

2003-cü ilin avqust ayınadan dekabr ayınadək DİN-in Daxili Qoşunların Lənkəran şəhərində yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi kimi xidmət edib.

 2003-cü ilin dekabr ayından  2008-ci ilin iyun ayına qədər DİN-in Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən həbi hissəsində Raitə və AİS xidmətinin rəisi  vəzifəsində  olub.

 2008-ci ilin iyun ayından  2012- ci ilin iuyn ayınadək DİN-in  Daxili Qoşunların Bərdə rayonunda yerləşən həbi hissədə rabitə və AİS xidmətinin rəisi vəzifəsində Vətənə,Xalqa və Dövlətə sədaqətlə xidmət edib. 2012- ci ilin iyul  ayının 1-dən DİN-in Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılıb.

2016-2018-ci illərdə Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbində ”Ümumqoşun fənləri və atəş hazırlığı kafedrasında “Rabitə hazırlığı” fənni üzrə mülkü müəllim kimi çalışıb.

Mayor Bəhruz Məmmədov Daxili Qoşunlarda  xidmət etdiyi dövrlərdə bir sıra ixtisasartırma kurslarda olub,hərbi və xüsusi taktiki təlimlərdə,komanda-qəragah məşqlərində, təlim-metodiki toplanışlarda,  seminar və monfranslarda fəal iştirak edib. 

 Bəhruz Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Məmmədov Bəhruz Nurəddin oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində b kütləvi iğtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər  və başqa fövqaləda hallar (fövqaləda  vəziyyət, komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

   Hərbi  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və nümunəvi xidmətinə görə Müdafiə Naziri və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,  Ali hərbi məktəb rəisinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları  ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi  fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:

1.”Qusrsuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin”  10-illiyi və 90- illyi yubİley medalları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BƏHRUZ!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages