Təbrik:Kapitan İsmayı Bavayev- 70




İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin sədri 2-ci Qrup Müharibə Əlili- istefada olan kapitan Babayev İsmayıl Mayıl oğludur. Fevral ayının 25- də onun 70 yaşı tamam olur.


Belə gün münasbətilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzü ağ çıxan İsmayıl Babayevi  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  rəhbərliyi, doğmaları, döyüşcü və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, İsmayıl qoy  yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin və hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

  Babayev İsmayıl Mayıl oğlu 25 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Quba rayonun Zərdabi qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıbdır.


1972-1974-cü illərdə Sovet Ordusunun Almaniyada yerləşən tank qoşunlarında zabit vəzifəsində, 1979-1991-ci illərdə Quba rayonunda inşaat sahəsi üzrə iş icrası vəzifələrində çalışmışdır.

1992-1996-cı illərdə Könüllü olaraq Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə bölük komandiri vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. 

1996 -cı ilin dekabr ayından Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.

İstefada olan kapitan İsmayıl Babayev 1999-2009 -cu illərdə Quba rayonunda Pedoqoji sahədə işləyib. O, 1996-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayonun şöbəsinin sədridir.

Müstəqil Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində xidmət etdiyi illər ərzində, 1996-cı ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə eləcə də hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

O,Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda (Xocavənd istiqamətində) gedən döyüşlərdə yaralanmış və 2 -ci qrup müharibə əlilidir.

İsmayıl Babayev Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayonu şöbəsinin sədr vəzifəsinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus, hərbi hissə komandiri və onların müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları  Ictimai Birliyi sədrinin, Mərkəzi və yerli İcra hakimiyyəti orqanlarının müvafiq əmrləri və qərarları ilə müvafiq medallarla, döş nişanları ilə təltif olunub,bir cox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İsmayıl!

UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

ARZU EDİR Kİ, HƏYATINDA HEÇ BİR ÇƏTİNLİYİN OLMASIN.

QOY HƏYATINDAKI UĞURSUZLUQLARIN SƏNƏ RUH DÜŞKÜNLÜYÜ YOX, ƏKSİNƏ HƏR ŞEYİ YENİDƏN BAŞLAMAQ ÜÇÜN TƏKAN VERSİN.

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜNÜZ GÜLSÜN, ÜRƏYİNİZ SEVİNSİN!



Hiç yorum yok:

Yorum Gönder

Pages