Təbrik:Kapitan İlyas Rzayev -65



    Daimi həyatın bütün cətinliklərindən  alını açıq və üzü ağ çıxan, Azərbaycan Respubilkası Daxili işlər nazirliyi     Daxili Qoşunlarının həyatında    öz dəst -xətti  olan,   peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi  keyfiyyətləri ilə secilən,   Müharibə Veteranı- -istefada  olan kapitan Rzayev İlyas  Kərəm   oğlunun fevral ayının 14- də dünyaya göz acdığı gündür. Bu  gün münasibətilə  İlyas Kərəm  oğlu  Rzayevi   Din-in   Daxili Qoşunıarın ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş   və döyüş yoldaşları   səmimi qəlbdən  təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadati, həyat yollarında bitib tükənməyən naliyyətlər arzu edib deyirlər,

İlyas  qoy  yaşının üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin,  hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək şəkildə keçsin.


Kapitan İlyas Kərəm oğlu Rzayev  14 fevral 1959 - cu  ildə Naxcvan şəhərində zəhmətkeş ailədə  anadan olub.

1976-ci ildə Naxçıvanşəhər 1 nömrəli   orta məktəbi,1983-ci ildə İnşaat və Mühəndislər institunu  bitirib.O, SSRİ Silahlı Qüvvələrində və  Din-in Daxili  Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1978-  1980  -cü illərdə   Sovet ordusunun  Murmansk vilayətində      yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 

1980-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrin  Havadan Hücum Qoşunlarının  Sumqayıt şəhərinin Nasosunu (indiki  Hacı Zeynalabədin  Tağıyev) qəsəbəsində   yerləşən aviasiya  hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.

1985  - 1991-ci illərdə  SSRİ Daxili işlər nazirliyin Tiflis və Bakı  şəhərində yerləşən diviziyalarının    Sumqaylt və  Naxcvan  şəhərlərindəki  hərbi hissələrində geyim xidmət rəisi vəzifəsində  çalışıb.

1992- 1998 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sumqayıt və  Naxçıvan şəhərlərində, Ağdam və   Füzuli rayonlarında  yerləşən hərbi hissələrində  geyim xidmət rəisi  və  hərbi hissə komandiri nin  maddi - texniki  təminat üzrə müavini vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.İlyas Rzayev Daxili Qoşunlardan  ehtiyata buraxıldlqdan sonra  2020-ci ilə kimi  “Azinterpartlayış MMC-də və Sumqayıt şəhər “Riyad”  Mühafizə xidmətində məsul vəzifələrdə işləyib.

İlyas Kərəm oğlu Rzayev  Azərbaycan Respubilkası Daxili işlər nazirliyi   Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi  və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi  işində   bir çox  hərbi qulluqçulara şəxsi  nümünə     olmuş və    onları  fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmiş qaydada şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların  və hərbi yüklərin  mühafizə olunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində   üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      

 Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə  digər xidmətlərinə görə SSRİ Müdafiə və Daxili işlər nazirlərinin,Azərbaycan  Respubilkası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif edilib, bir cox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Öz xidməti vəzifə borclarının yerinə yetirilməsində, döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə , xüsusi əməliyyatlarda,  döyüş növbəsində, xüsusi fəriqləndiyinə,   şücayət və fədakarlıq göstərdiyinə görə SSRi Ali Soveti və  Azərbaycan Respublikasının Prezidenti adından SSRİ və Azərbaycan Respublikasının  Müdafiə  və Daxili İşlər  Nazirlərininəmrləri   ilə müvafiq medallarla təltif edilib:

1.”Qusursuz xidmətə görə”  1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15- təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətə görə”3 -cü dərəcəli medalı ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə. 

  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLYAS !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik  Salman  Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages