Peşəkarlığı, humanistliyi , dərin zəkası,vətənpərvərliyi, sadəliyi və təşkilatçılıq bacarığı ilə seçilən Daxili Qoşunların Ağdam,Ağdərə Nərmanov,Binəqədi, rayonlarında və Gəncə şəhərində (Qazax rayonunda) yerləşən hərbi hissələrdə və ayrıca yerləşən taborda bölük və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Dövlətə və xalqa sədaqətlə xidmət etmiş müharibə veteranı Qafarov Arif Baxşəli oğlunun fevral ayını 18- də dünyaya göz acdığı gündür.Bu əlamətdar gün münasibətilə Arif Qafarovu Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Arif qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Daimi həyatın. cətinliklərindən alnıaçıq və üzüağ çıxan müharibə veteranı Qafarov Arif Baxşəli oğlu 1958-ci ilin fevral ayının 18 -də Gədəbəy rayonunda zəhmətkeş ailədə anadan olub.
O, Gədəbəy rayon orta məktəbi və Bakl Slavyan Universitetini bitrib.Hal hazırda Bakı şəhər Təhsil İdarəsinin tam orta məktəblərinin birində müəllim işləyir.
Kapitan Arif Qafarov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. Arif işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada xeyirxah, sadə bir insan kimi tanınır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,Daxili işlər nazirliyinin və Daxili Qoşunların hərbi hissələrinin təchizat anbarların mühafizəsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Arif Qafarov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ARİF!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder