Təbrik: Tibb xidməti polkovnik- leytenantı Fəxrəddin İbrahimov - 68



Daxili işlər Nazirliyi (Din-in)  Daxili Qoşunların həyatında  tibb xidməti sahəsində  öz dəst-xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı,humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, xeyirxahlığı,iradı,  mənəvi və işgüzar keyfiyyəti ilə seçilən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hospitalında   şöbə rəisi vəzifələinrdə xidmət etmiş,  ali dərəcəli həkim, istefada olan tibb xidməti polkovnik- leytenantı  Fəxrəddin İbrahimovun fevral ayının 10-də  68 yaşı tam oldu.


Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ çıxan istefada olan
tibb xidməti Polkovnik-leytenantı  Fəxrəddin İbrahimovu doğum günü münasibətilə, Din -in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri və tibb işciləri, onun doğmaları, iş   və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fəxrəddin  həkim qoy  yaşının üstə gələn bu yaş da suzə sevinc dölü   günlər bəxş 
günlər bəxş etsin, hər yeni ilin  isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.



Ali dərəcəli həkim  İbrahimov Fəxrəddin   Əhlulla oğlu 10 fevral 1956  -ci ildə Qərbi Azərbaycanın  Sisisan (Qarakilsə) rayonun  Sofulu kəndində zəhmətkeş ailədə  olub. 1972-ci ildə Sisian rayonun   Sofulu kənd orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi və  Məştağa Ruhi-Əsəbi Psixiatriya  xəstəxanasında işlədiyi  illər ərzində dəfələrlə  Tibb Universtetinin  Pisxatriya  kafedrasında və   Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslar kecmiş,  seminar və elmi- praktiki konferanslarda fəal iştirak etmişdir.


Təcrübəli və zəhmətkeş Fəxrəddin   həkim 1979-ci ilədən- 1991- ci illərdə   Azərbaycan Respubilkası Səhiyyə Nazirliyinin 1 saylı   Respublika Ruhi- Əsəbi Psixiatriya xəstəxanasında həkim və baş həkim  vəzifələrində, 1992- 2003-ci illərdə isə  Daxili İşlər nazirliyi Daxili  Qoşunların Baş İdarəsinin Qaradağ və Nərimanov rayonunlarında yerləşən    hərbi hospitalda  ruhi-əsəbi  şöbənin  rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

. Fəxrədin həkim  Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqan sonra  Daxili Qoşunların hərbi hospitalında müqavilə əsasında   mülki  işci kimi həkim vəzifəsində ,  Məştağa Ruhi -Əsəbi Pisxatriya  xəstəxanasında isə  şöbə rəisi   vəzifəsində  işləyir.



 O, 1991- 1994 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə yaralıların döyüş meydanından çıxarılması, ilkin tibbi yardım göstərilməsi, müalicə işinin təşkilində və hərbi hospitala təxliyyə edilməsində öz vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Sevimli peşəsini vurğunu olub onun
öhdəsindən həmişə ləyaqətlə gələn  Fəxrəddin həkimin Vətən qarşısında bu xidmətləri əsl hörmətə layiqdır.

Ali dərəcəli  Fəxrəddin  həkim Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat andı içən  Fəxrəddin  həkim həmişə həmin anda sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Fəxrəddin  həkim  qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir.O,harda
işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, yaşadığı ərazidə, qohum- əqraba arasında,istərsə də işlədiyi və xidmət etdiyi kollektivdə, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır. 

Fəxrəddin İbrahimov  Daxili Qoşunlarda xidmət etdiyi, Məştağa  ruhi -əsəbi  pisxatiriya xəstəxanasında işlədiyi  illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və peşəkar, xeyirxah həkim kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Tibb xidməti polkovnik- leytenantı  Fəxrəddin İbrahimov cox dəyərli bir həkimdir. Bu gün ki, gündə  Fəxrəddin həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkimlərdən (insanlardan) biridir. O,bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.

Fəxrəddin  həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə
baxmayaraq ,öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur,buna görə də hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədikidir ki,  Fəxrəddin həkim  həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını qorumuş, nüfuzunu qorumuş,vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.


Fəxrəddin İbrahimov  öz xidməti vəzifələrinin yerinə yetirilməsində  xüsusi  fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin ,Daxili Qoşunların Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirin  ( hospital rəisinin) müvafiq əmrləri ilə “əla xidmətlərə görə”  əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə .»Qüsursuz xidmətlərə görə»  ,2-ci və 3-cü dərəcəli medal ilə, ″Silahlı Qüvvələrin “ 10-iliyi və 90-illiyi yubiley medalları ilə təltif  edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FƏXRƏDDİN  HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN
QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

 


Hiç yorum yok:

Yorum Gönder

Pages