Təbrik: Tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımov -66



Daxili işlər Nazirliyi (Din-in)  Daxili Qoşunların həyatında  tibb xidməti sahəsində  öz dəst-xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı,humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə seçilən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hissələrində tibb xidməti rəisi, Daxili Qoşunların hərbi hospitalında isə baş ordinator və şöbə rəisi vəzifələinrdə xidmət etmiş ali dərəcəli həkim, istefada olan tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımovun fevral ayının 11-də  dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ çıxan istefada olan
tibb xidməti Polkovnik-leytenantı Rafiq Kazımovu doğum günü münasibətilə, Din -in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitibtükənməyən nailiyyətlər arzu edib deyirlər, Rafiq həkim qoy  yaşının üstə gələn bu yaş da suzə sevinc dölü   günlər bəxş 
günlər bəxş etsin, hər yeni ilin  isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Ali dərəcəli həkim Kazımov Rafiq Məcid oğlu 11 fevral 1958 -ci ildə Qazax rayonun  Kəmərli
kəndində zəhmətkeş ailədə  olub. 1975-ci ildə Qazax rayonun Kəmərli orta məktəbi, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda, seminarlarda və konfuraslarda fəal iştirak etmişdir.


Təcürbəli və zəhmətkeş Rafiq həkim 1981-ci ilədən- 1991 ci ilədək, SSRİ Daxili işlər nazirliyi nin Lipetsk, Qryazlı və Bakı şəhərıərində yerləşən Baş  İslah- Əmək Müəssisələrinin   Tibb Xidmətində müxtəlif vəzifələrdə, 1992- 2000-ci illərdə isə  Daxili İşlər nazirliyi Daxili  Qoşunların Baş İdarəsinin Zəngilan, Qaradağ və Nərimanov rayonunlarında yerləşən hərbi hissədə və hərbi hospitalda tibb xidməti rəisi, baş ordinator və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib o, Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqan sonra 2018 ci iıə kimi Daxili Qoşunların hərbi hospitalnda və Turan kilinkasında mülki həkim kimi işləyib.


Rafiq həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ön mövqedə döyüş əməliyyatları zamanı ağır yaralara ilkin yardım göstərilməsi məqsədilə 1993-cü il noyabrın 13-də Füzuli bölgəsində fəaliyyətə başlayan hərbi səhra lazaretinin rəisi təyin edilib. Lazaretin fəaliyyətə başladığı ilk gündən həkim həmkarlarları kimi o,da yaralılara ilk tibbi yardım göstərmişdir. Daxili Qoşunların Bas İdarəsinin ilk Tibb şöbəsinin  rəisi   məhrum polkovnik Siyavuş Rüstəmovun rəhbərliyi altında atəşkəs dövrünə qədər həmin vəzifəni uğurla, məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


Müharibənin fasadlarının aradan qaldırılmasında, özünü irmədən ləyaqətlə calışmış, ona olan etimadı şərəflə doğrultmuşdur. Lazaretə və Daxili Qoşunların hərbi hospitalına müraciət edən xəstə və yaralıların qısa müddətdə müalicə olunub sıraya qaytarılmasında Rafiq həkimin əməyi danılmazdır.O,bəzən elə vaxtlar olub ki, ön mövqedə yaralı döyüşçüləri təhlükəli zonadan uzaqlandırıb, güllə yağışı altında onlara ilkin tibbi yardım göstərərək, yenidən həyata qaytarılmasında əsl fədəkarlıq göstərmişdir. Rafiq həkim elə vaxtlar olub ki, döyüş bölgələrində, gün ərzində 250-dən çox yaralının həyatını xilas etməkdə həkim həmkarlarına yaxından köməklik göstərmişdir. Ən ağır məqamlarda döyüşçülərə mənəvi dayaq olub, yaralarına məlhəm qoyub sarımışdır O, 1991- 1994 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Zəngilan,Qubatlı Ağdərə,  Ağdam və Füzuli rayonları istiqamətində ) gedən ağır döyüşlərdə yaralıların döyüş meydanından çıxarılması, ilkin tibbi yardım göstərilməsi, müalicə işinin təşkilində və hərbi hospitala təxliyyə edilməsində öz vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Sevimli peşəsini vurğunu olub onun
öhdəsindən həmişə ləyaqətlə gələn Rafiq həkimin Vətən qarşısında bu xidmətləri əsl hörmətə layiqdır.

Ali dərəc əli Rafiq həkim Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat andı içən Rafiq həkim həmişə həmin anda sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Rafiq həkim  qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir.O,harda
işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, yaşadığı ərazidə, qohum- əqraba arasında,istərsə də işlədiyi və xidmət etdiyi kollektivdə, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır. 

Rafiq Kazımov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və peşəkar, xeyirxah həkim kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Tibb xidməti polkovnik- leytenantı Rafiq Kazımov cox dəyərli bir həkimdir. Bu gün ki, gündə Rafiq həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkimlərdən (insanlardan) biridir. O,bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.Rafiq həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə
baxmayaraq ,öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur,buna görə də hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədikidir ki, Rafiq Kazımov həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar fəaliyyətinin toxunmazlığını qorumuş, nüfuzunu qorumuş,vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.


Rafiq Kazımov öz xidməti vəzifələrinin yerinə yetirilməsində  xüsusi  fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin ,Daxili Qoşunların Komandanın və onun müavinlərinin, İslah- əmək munissə rəisinin,  hərbi hissə komandirin və hospital rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə”  əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə .»Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci və 3-cü dərəcəli medal ilə, ″Silahlı Qüvvələrin “ 10-iliyi və 90-illiyi yubiley medalları ilə təltif  edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RAFİK HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN
QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

 


Hiç yorum yok:

Yorum Gönder

Pages