Təbrik: Sahil Məmmədov (milli qəhraman) -60



Daxili işlər nazirliyi Daxili Qoşunların və Daxili işlər nazirliyin Baş pasport, qeydiyyat və Miqrasiya İdarəsinin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan peşəkar hərbici və təcürbəli hüquqşunas, Azərbaycanın milli qəhrəmani-  istefada olan polkovnik Sahil Məmnədovun fevral ayının  25 -də 60 yaşı tamam olur.

Daimi həyatın  bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan,polis  polkovniki Sahil  Məmmədovu doğum günü münasibətilə Daxili işlər  nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, yaxın qohumları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı  və uzun ömür arzulayırlar. 

Azərbaycanın milli qəhramanı Sahil Məmmədov 1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə onuncu sinfi bitirmişdir. 1982-ci ildə ordu sıralarına çağırılmışdır.            1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətini başa vuraraq, SSRİ DİN-nin Sankt- Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev            şəhərinə göndərilir. Burada o, Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışmağa başlayır. O, Azərbaycanda baş verən hadisələrlə bağlı çox səthi, əksər hallarda yanlış məlumatlar alırdı. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xəbəri onu            bərk həyəcanlandırır.Valideynlərinin taleyini düşünür, bərk nigarançılıq keçirir. Mart ayında məzuniyyət götürüb, doğma yurdu Nizami kəndinə gedir. Valideynlərini təcili Bakıya yola salıb, Kiyevə qayıdır. Azərbaycana göndərilməsi haqqında rəhbərliyə bir neçə dəfə müraciət edir. Lakin müraciəti cavabsız qalır. 1991-ci ilin oktyabrında SSRİ Daxili işləri nazirliyi Daxili Qoşunların sıralarından tərxis olunmağı barədə raport yazır. 1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DIN-nin Daxili Qoşunların Baş İdarəsinin xüsusi motorlaşdırılmış  polis (milis) alayında rota komandirinin müavini kimi xidmətə başlayır. Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq cəbhə bölgəsinə göndərilməsini istəyir. Çox keçmir            ki, Sahil Məmmədovu Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərinə  bölük komandiri  ezam  edilir. Düşmən Qazançını zəbt etmək üçün hücümlara ara vermirdi. Milli Ordunun və Daxili işlər nazirliyi Daxili Qoşunların əsgərləri bu hücumların qarşısını məharətlə alırdı.

Ermənilər növbəti dəfə bütün gücünü toplayaraq hücuma keçdilər. Bu dəfə də güclü müqavimətlə qarşılaşdı və çoxlu itki verərək geri çəkildi. Qazançı kəndi ara vermədən raket və top atəşinə tutulurdu. Mərmilərdən biri cəsur komandirin yanında partladı. O, sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu döyüş meydanından çıxarıb Bakıya – mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi-cəhdi nəticəsində o, elə bil dünyaya yenidən gəldi.

1994-cü ildən polkovnik Sahil Məmmədov DİN-nin Baş Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində uzun müddət Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Azərhaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Polkovnik Sahil Məmmədov Daxili işlər nazirliyin (Din-in)  Daxili Qoşunlarında  və Din-in Baş pasport  qeydiyyat və Miqrasiya   İdarəsində xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı xüsusi  fəriqləndiyinə və digər xidmətlərinə  görə Daxili işlər naziri və onun müavinlərinin,Daxili Qoşunlar Komandanın,Baş pasport və  miqrasiya  idarə rəisinin,Ali hərbi məktəb rəisinin, polis akademiya rəisinin,diviziya  vəhərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra  medallarla,döş nişanları ilə,fəxri fərmanlarla, qiymətli  hədiyyələrlə mükafatlandırlıb.

 Doğum günün  mübarək  olsun  Sahil müəllim!

100 yaşa, sağlam yaşa. 

Azərbaycanın  Respubilkasının Silahlı  Qüvvələri və Müharibə  Veteranı Polkovnik Salman  Musayev.



Hiç yorum yok:

Yorum Gönder

Pages