Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, A.N. Heydərov adına Sıravi və Kicik Rəis heyəti hazırlayan məktəbin və Polis Akademiyasının həyatında öz dəst - xətti və xüsusi xidmətləri olan,yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən -istefada olan polis polkovniki Zamanov Qabil Kamil oğlunun fevral ayının 24- də dünyaya göz acdığı gündür.
Qabil Kamil oğlu Zamanov 1962 -ci ilin fevral ayının 24-də Naxçıvan Muxtar Respubilkasının Babək rayonunda zəhmətkeş ailədə anadan olub.O,SSRİ Silahlı Qüvvələrin Lvov Ali Hərbi Məktəbini və Azərbaycan Respubilkası Daxili işlər nazirliyin Polis Akademiyasını bitrib.
Qabil Zananov SSRİ Lvov Ali Hərbi Məktıbi bitirdikdən sonra, 1991-ci illin dekabr ayının sona kimi, SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 1992 -ci ildən etibarən uzun müddət Daxili işlər nazirliyi Daxili Qoşunların Binəqədi rayonunda və Şirvan şəhərində yerləşən hərbi hissələrində alay komandirinin şəxsi heyətlə iş üzrə müavini,ilk yaranmış tədris alayın komandiri,Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisin birinci müavini və Qərargah rəisi əvəzi, Din-in A.H.adına Sıravi və Kicik Rəis heyəti Hazırlayan məktəbdə və Polis Akademiyasında isə rəis müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Müharibə veteranı- istefada olan polis polkovniki Zananov Qabil Kamil oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və doyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Qabil müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabit, qayğıkeş insan kimi göstərən polkovnik Zamanov Qabil Kamil oğlu Daxili işlər nazirliyin müvafuq strukturlarında rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın), hərbi, daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyin isə post patrul xudməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilikilə müəyyən olunmuş qayda da Daxil işlər nazirliyin Daxili Qoşunlarına, A.N. Heydarov adına Sıravi və Kicik Rəis Heyəti Hazırlayan Məktəbə, Polis Akademiyasına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqalədə hallar (hərbi vəziyyət və komendatsaatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və polis yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.Qabil müəllim istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi və polis intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət etdiyi dövrlərdə digər xudmətlərinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın,Ali hərbi məktəb rəisinin,Hərbi hissə komandirinin, Polis Akademiya rəisinin və Din-in Siravi- Kicik Rəis Heyəti Hazırlayan Məktəb rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla,fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
İctimai asayişin tımin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,hüquq qaydasının möhkəmləndirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində, xidməti və öz vəzifələrininn yerinə yetirilməsində polkovnik Qabil Zamanov xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1. "İgidliyə görə" medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ( 1918 - 1988)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Azərbarbaycan Polisində Qüsursuz xidmətə görə” medallar ilə,
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
63 YAŞIN MÜBARƏK OLSUN QABİL MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder