Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində keçirmiş- ehtiyatda olan polkovnik- leytenat Rövşən Məmmədovun fevral ayının 20- də dünyaya göz acdığı gündür.
Bu əlamətdar gün münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik leytenat Rövşən Oqtay oğlu Məmmədovu Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər, Rövşən qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Rövşən Məmmədov 1975-ci ilin fevral ayının 20-də Bakı şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.
Məmmədov Rövşən Oktay oğlu 1991-ci ildə Bakı şəhərində orta məktəbi, 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 1998 -ci ildə isə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlər in ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbitəcürbə mübadiləsi əldə etmək üçün, Türkiyə Jandarma Qüvvələrində hərbi səfərdə olub.
Rövşən Oqtay oğlu Məmmədov 1996- 2021- ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində taqım komandiri, böluk komandiri, alayın əşya xidməti rəisi,alay komandirinin maddi- texniki təminat üzrə müavini, həyat yoldaşı gizir Məmmədova Xatuna Rzabala qızı isə uzun müddət Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin əşya xidmətində məsul icraçı vəzifəsində Dövlətə
və xalqa sədaqətlə xidmət etmişlər.Rövşən hal-hazırda “Paşa Holding” şirkətinin mühafizə xidmətində növbə rəisi vəzifəsində işləyir.
Rövşən Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qayda da Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, hərbi təchizat anbarların, hərbi yüklərin, inzibati binaların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik leytenat Rövşən Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Rövşən Məmmədov həmişə ləyaqətinin,şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Məmmədov Rövşən Oqtay oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların təlim-tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, diplomlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə;
2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008), 95 illiyi (1918-2013) və 100 illiyi (1918-2018)” yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
RÖVŞƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder