Peşəkarlığı, humanistliyi, iradı, sadəliyi, işgüzarlığı, mənəvi keyfiyyəti və təşkilatçılıq bacarığı ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 23 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Müharibə Veteranı- istefada olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlunun fevral ayının 14-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzü ağ çıxan-istefada olan polkovnik leytenant Rafiq Abbasovu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in ) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, iş və döyüşü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirıər, Rafiq qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü- istefada olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlu 14 fevral 1967-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində zəhməykeş ailədə anadan olub.Rafiq Gədəbəy rayonun Pərizamanlı kənd orta məktəbi və Azərbaycan Neft Akademiyasının “Qaz-neft mədən mühəndisliyi” fakültəsini bitirib.
1985-1987-ci illərdə Sovet ordusunun Almaniya Demokratik Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub, 1992-2015-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin (Ağdam, Zəngilan, Ağdərə, Nərimanov,Sumqayıt, Hacıqabul, Gəncə və Zaqatala) rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, xidmət rəisi, hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə müavini vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Rafiq Abbasov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə meəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə,yaşauış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, hərbi anbarların təchizat anbarların mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarışında və tutulmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Rafiq Əkbər oğlu Abbasov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Zəngilan rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nisanları ilə, pul mükafatları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, « Azərbaycan Respublikası Silahlı Qüvvələrinin » 10- iliyi, 90- illiyi ,95- iliyi, «Hərbi xidmətdə fəriqlənməyə görə» isə 3-cü dərəcəli medallarla təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAFİQ!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder