Təbrik: Polkovnik leytenat Marrif Məlikov- 61



İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə  qeyd olunur. Belə insanlardan biri də  peşəkarlığı, humanistliyi, iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün şərəfli xidmət yolunun 29 ildən  çoxunu   Daxili işlər nazirliyinin (Din-in) İslah Əmək müəssisələrində və Daxili Qosunların hərbi hisələrində keçirmiş, Silahlı Qüvvələr və Müharibə Veteranı , istefada olan polkovnik- leytenant Məlikov Maarif Hərif oğludur. Fevral ayının 18 də onun  dünyaya göz acdığı gündür.  

Daimi həyatın  bütün cətinliklərindən alnıaçıq və üzüağ çıxan, Silahlı Qüvvələr və 

 Müharibə Veteranı-  istefda  olan polkovnik- leytenant  Məlikov Maarif Hərif oğlunu  doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, döyüşcü və iş yoldaşları səmimi qəlbdən təbrik edirlər,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər, Marrif qoy yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik-leytenant  Məlikov Maarif  Hərif oğlu  1963 -cü ilin fevral ayının 18- də Sabirabad  rayonunda zəhmətkeş ailədə  anadan olub.

 Malikov Maarif  Hərif oğlu 1979-cu ildə Sabirabad rayonunda orta məktəbi,  1987-ci ildə SSRİ Daxili işlər nazirliyinin zabitlər (rəislər) hazırlayan məktəbi,  1998 -cı ildə Müdafiə Nazirliyinin Zabitlərin təhkimləşdirmə  ( ixtisas artırma) kursunu,  2009- cu ildə isə  Bakı Dövlət Universitetini bitrib. Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hisələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .

       Polkovnik-leytenant  Maarif Məlikov 1981-1983-cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 

1988-1993-cü illərdə SSRİ Daxili işlər nazirliyinin Rusiyada yerləşən islah əmək müəssisələrin birində müxtəlif vəzifələrdə olub.  

1994-2014-cü illərdə  Daxili Qoşunların Baş İdarəsinin Lənkaran şəhərində, Füzuli,   Hacıqabul,  Zaqatala və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, alay və briqada komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində  Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Maarif Məlikov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təçürbə əldə etmək  məqsədli ılə Türkiyə Silahlı Qüvvələrində işgüzar səfərdə olmuşdur.

Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeciliyində olanlara şəxsi nümünə olmuşdur.  

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Marrif istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş  nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə  görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmirləri ilə aşağıdakl medallarla təltif edilib:

 1.”Azərbaycan Respublikasının Silahll Qüvvələr Veteranı” medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə, 

 3.”Silahlı Qüvvələrin” isə  10 iliyi,  90-illiyi və 95- iliyi yubiley  medalları ilə.

 Azərbaycan Respublikasının Prezidentinin 09 mart 2007-ci il  tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdikləri  şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə  yetirərkən fəriqləndiyinə görə  » Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.

 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MAARİF!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Vətən Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages