İnsan ücün həyatda ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Əsədov Əlinamə Şakir oğludur. Yanvar ayının 7-də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alnıaçıq və üzüağ çıxan,Din-in Daxili Qoşunların həyatında öz dəst -xətti olan Vətən müharibəsi iştirakçısı - ehtiyatda olan polkovnik- leytenant Əsədov Əlinamə Şakir oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Əlnamə qoy yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı - ehtiyatda olan polkovnik- leytenant Əsədov Əlinamə Şakir oğlu 7 fevral 1981-cı ildə Saatli rayonun Əliabad kəndində zəhmətkeş ailədə anadan olub.
O,1987 -ci ildə Saatlı rayonunun Məmmədabad kənd orta məktəbini, 2001-cü ildə Azərbaycan Dövlət Texniki Universitetini ,2005-ci ildə Daxili Qoşunların təlim- tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu,2016-cı ildə Türkiyə respublikasının İzmir şəhərində Ali hərbi komandirlər məktəbində maddi -texniki təminat xidmələrinin ixtisas artırma kursunu bitirib. O,Daxili Qoşunlarlarda xidmət etdiyi illər ərzində Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim-metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, treniqlərdə,seminar və konfranslarda fəal iştirak edib.
Əlinamə Əsədov 2001- 2022-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Zaqatala və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbində əsgər,kərgüzar- makinacı, taqım komandiri,böluk komandirinin texniki hissə üzrə müavini,böluk komandiri,avtomobil və zirehli texnika xidmət rəisi,hərbi hissə komandirinin maddi - texniki təminat üzrə müavini, Daxili Qoşunların Baş idarəsinin maddi - texniki təminat idarəsinin avtomobil və zidehli texnika şöbəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Əlinamə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,hərbi təchizat anbarların mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Din-in Daxili Qoşunlarda xidməti etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq,xeyirxah, zəhmətkeş və qayğıkeş zabit kimi göstərmişdir.Əlinamə Əsədov istər anadan olduğu və yaşadığı ərazidə, istərsədə, təhsil aldığı orta və ali təhsil müəssələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə, dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Əlinamə Əsədov 44 günluk vətən müharibəsi zamanı Füzuli,Xocavənt və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, ona,vaxtından əvvəl “kapitan” hərbi rütbəsi verlib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarının və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:
1.”Hərbi xidmətdə fəriqləndiyinə görə”
3-cü dərəcəli medal ilə;
2.”Hərbi xidmətdə fəriqləndiyinə görə” 2-ci dərəcəli medal ilə;
2.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-iliyi (1918-2008)” yubiley medalı ilə;
6.” Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-iliyi (1918-2013) yubiley medalı ilə;
7.”Vətən müharibəsi iştirakcısı”medalı ilə.
Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2017 -cü il tarixli sərəncamına əsasən Polkovnik leytenat Əsədov Əlnnamə Şakir oğlu Daxili İşlər Nazirliyi Daxil Qoşunlarının yaranmasının 25-ci ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏLİNAMƏ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder