İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Belə bir insanlardan biri də Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,iradı, humanistliyi,işgüzarlığı , mənəvi keyfiyyəti, dəqiqliyi ,təmkinliyi ,sadəliyi vətənpərvərliyi və təvazökarlığı ilə seçilən, ömrunun 25 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş - ehtiyatda olan polkovnik leytenant Məmmədov Hüseyin Elxan oğludur. Fevral ayının 8 -də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzü ağ çıxan ehtiyatda olan polkovnik- leytenant Məmmədov Hüseyin Elxan oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizıəri, tələbə və iş yoldaşlari şəmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hüseyin qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Məmmədov Hüseyin Elxan oğlu 08 fevral 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1987-ci ildə Gəncə şəhərində 4 nömrəli ingilis təmayüllü tam orta məktəbi, 1993-ci ildə Gəncə şəhər Dölət Universitetin “İqtisadiyyat” fakultəsini,1997-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu (taborun qərargah rəisi ixtisas üzrə) 2004-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “hüquqşünaslıq” fakultəsini bitirib.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarında, idman yarışlarında, hərbi xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir ( Foce) şəhərlərində işguzar səfərdə olub.
Polkovnik-leytenant Hüseyin Məmmədov Daxili Qoşunların Baş idarəsindən ehtiyatda buraxıldıqdan sonra Cinayət hüququ üzrə Dövlət əleyhinə olan cinayətlər haqqında elmi tədqiqatlar aparır.
O,1988-1999-cu illərdə Sovet Ordusunun Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub, taqım komandirinin müavinini vəzifəsində (baş cavuş rütbəsində ) xidmət etmişdir.
1994- 2018 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində, Xəzər, Zaqatala, Binəqədi, Xətai, Nərimanov rayonunda yerləşən hərbi hissələrində böluk komandiri, Silah xidmət rəisi, İdman və fiziki hazırlıq rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin mənəvi pisxoloji hazırlığı şöbəsində və Beynəlxalq Hərbi əməkdaşlıq şöbəsində baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Hüseyun Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında, qanunsuz silahlı dəstələrin axtarışınd a və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik leytenant Hüseyn Məmməd ov Azərbaycan, SSRİ çempionatlarında, Beynəlxalq turnirlərdə, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin təşkil etdiyi yarışlarda iştirak edərək bir neçə dəfə çempion olmuşdur. O,idman sahəsində yüksək göstəricilərə nail olduğuna görə «Cüdo» üzrə SSRİ İdman ustası namizədı adına layiq görülmüşdür.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı”, “Qüsursuz xidmətə görə “ 1-ci ,2-ci və 3-cü dərəcəli,”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə 10-iliyi , 90-illiyi və 95-iliyi” yubiley medalları ılə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ” medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, HÜSEYİN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder