Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,sadəliyi, humanistliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, səmimiyyəti,xeyirxağlığı, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş istefada olan polkovnik- leytenant Hilal Fikrət oğlu Nağıyevin fevral ayının 28- dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan - istefada olan polkovnik-leytenant Nağıyev Hilal Fikrət oğlunu doğum günü münasibətilə Daxili işlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,yaxınları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Hilal qoy yaşının üstə gələn bu yaş da sizə, sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik-leytenant Hilal Fikrət oğlu Nağıyev 28 fevral 1968 -ci ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə anadan olub.
1985 -ci ildə Bakı şəhərində 44 nömrəli orta məktəbi, 1992- ci ildə Azərbaycan Texniki Universiteti, 2000-ci ildə Daxili Qoşunların Baş idarəsinin Xəzər rayonunda yerləşmiş Zabitlərin təhkimləşdirmə kursunu, 2005 -ci ildə isə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Ali Hərbi Məktəbində Zabitlərin Təhkimləşdirmə Kursunu bitrib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarında,xüsusi və hərbi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1986-1988- ci illərdə Sovet Ordusunun Pribaltika Vilayətinin Kalininqrad şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1994- 2015-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi,Xəzər və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, tədris böluk komandiri, tabor komandiri , Daxili Qoşunların Bas İdarəsinin Maddi Texniki Təminat İdarəsində isə Avtomobil və Zirehli Texnika şöbəsinin rəis müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müharibə Veteranı, peşəkar və təcürbəli avtomobilist Hilal Nağıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və din-in daxili qoşunların n döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qayda da şəhərdə,yaşayış məntəqəsində və kütləvi tədbitlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin,qəzaların, bədbəxt hadisəıərin və yanğınların nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, (pul mükafatları ilə), fəxri fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə eləcə də şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Azərbaycan Resıubilkasının Silahlı Qüvvələrin» 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentinin 9 mart 2007- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, HİLAL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder