İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biridə yüksək peşəkarlığı humanistliyi, nəzəri və praktiki biliyi,işgüzarlığı,iradı mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirmiş ehtiyatda olan polkovnik leytenant Fuad Həsənovdur. Fevral ayının 23- də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Fuad Həsənovu belə bir əlamətdar gün münasibəti ilə Daxili işlər nazirliyi Daxili Qoşunların eləcə də Xüsusi Dövlət Mühafizə Xidmətinin ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fuad qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
polkovnik- leytenant Fuad Həsənov 23 fevral 1972-ci ildə Bakı şəhərində zəhmətkeş ailədə anadan olub .
1989- cu ildə Bakı şəhərində 60 saylı orta məktəbi, 1993- cü ildə isə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Vladikafqazda yerləşən Ali Komandanlıq məktəbini «əla» qiymətlə (fəriqlənmə diplomla) bitirib. O, Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Fuad Həsənov 1993 - 2013 -ci illərdə Daxili Qoşunların Binəqədi, Xəzər və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, hərbi hissənin ilk döyüş hazırlığı bölməsinin rəisi, tabor komandirinin müavinini- taborun qərargah rəisi, Xüsusi Dövlət Mühafizə Xidmətində isə Təlim Tədris Mərkəzi rəisinin müavini və Təlim Tədris Mərkəzinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində polkovnik- leytenant Fuad Həsənov xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Fuad Həsənov Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost- tanış, qohum - əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin və Xüsusi Dövlət Mühafizə Xıdmətınin rəisinin müvafiq əmrləri ilə Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi və 90-iliyi yubley medalarlı ilə təltif edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili işlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı, yubiley və idman dərəcəsi döş nisanları ilə təltif edilib, pul mükafatları ilə, bir cox diplomlarla, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FUAD!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder