Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzü ağ çıxan SSRİ Daxili işlər nazirliyi (Din-in) İslah -əmək müəssisələri idarəsinin və Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst -xətti və xüsusi xidmətləri olan, peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə secilən, Silahlı Qüvvələr və Müharibə Veteranı- -istefada olan polkovnik leytenat Abdullayev Aydın Ramazan oğlunun fevral ayının 10- də dünyaya göz acdığı gündür. Bu gün münasibətilə Aydın Ramazan oğlu Abdullayevi Din-in Daxili Qoşunıarın ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadati, həyat yollarında bitib tükənməyən naliyyətlər arzu edib deyirlər,
Aydın qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik -leytenat Abdullayev Aydın Ramazan oğlu 10 fevral 1956- Cı ildə Zaqatala rayonunun Yuxarı (Birinci) Tala kəndində zəhmətkeş ailədə anadan olub.
1974-ci ildə Zaqatala rayonun Yuxarı ( 1-ci) Tala kənd orta məktəbi,1981-ci ildə SSRİ Daxili işlər nazirliyinin Kazaxsatan Respublikasının Çimkənd şərərində yerləşən polis ali məktəbini bitirib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1974- 1976 -cü illərdə SSRİ Daxili işlər nazirliyinin Özbəkistan respublikasının Semerkant şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1976 - 1991-ci illərdə SSRİ Daxili işlər nazirliyin Kazaxstan və Özbəkistan Respublikalarında yerləşən İslah- Əmək müəssisələrin birində, və ali məktəbində, müdavim, əməliyyatçı və baş əməliyyatçı vəzifələrində çalışıb.
1992- 2003 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Zaqatala, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində hərbi hissə komandiri nin maddi - texniki təminat üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin maddi -texniki təminat idarəsinin geyim xidmətində isə zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Aydın Abdullayev SSRİ Daxili işlər nazirliyinin müvafiq strukturlarında və Azərbaycan Respubilkası Daxili oşlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmış dır.
Qanunvericiliklə müəyyən olunmiş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,, yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlalətıər və başq fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İslah əmək müəsissə və idarə rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarının yerinə yetirilməsində, döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş növbəsində, xüsusi fəriqləndiyinə, şücayət və fədakarlıq göstərdiyinə görə SSRi Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin əmrləri ilə müvafiq medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AYDIN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder