Yüksək peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və Daxili İşlər Orqanlarında keçirmiş- ehtiyatda olan polis polkovnik- leytenant Anar Nağıyevin fevral ayının 18 -də dünyaya göz acdığı gündür.
Bu əlamətdar gün münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan, ehtiyatda olan polispolkovnik leytenant Anar Nağıyevi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş yoldaşları səmimi qəlbdən təbrik edirlər, səbəbkarahəyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu e edib deyirlər, Anar qoy yaşının üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polis polkovnik leytenantı Anar Nağıyev 18 fevral 1977- ci ildə Bakı şəhərində hərbiçi ailəsində dünyaya göz açıb.
Anar Vaqif oğlu Nağıyev 1993-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində Azərbaycan Texniki Universitetini ,Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Dövlət Universitetini (hüquq fakültəsini) bitrib.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ali hərbi məktəblərində müvafiq kurslarda olub,Anar Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik- leytenant Anar Nağıyev 1997-ci ildə Azərbaycan Dövlət Texniki Ünverstetinin hərbi fakültəsini müvəqqiyətlə bitirdikdən sonra, ona Müdafiə Nazirinin müvaiq əmri ilə ilk hərbi leytenant rütbəsi verilib.
Anar Nağıyev 1998- 2008- ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrində və məktəbdə taqım və böluk komandiri, Xüsusi Təyinatlı Dəstə Komandirinin müavini, İdman və fiziki hazırlığ rəisi,2008-2020-ci illərdə isə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına kicik rəis heyəti hazırlayan məktəbdə baş müəllim, kafedra rəisi, məktəb rəsinin xidmət üzrə müavini, Sumqayıt şəhər, Nefitcala, Səbail və Qaradağ rayonlarında yerləşən polis idarə və şöblərində isə patrul tabor komandinin müavini, İctimai təhlükəsizlik və yetkinlik yaşına çatmayan işlər üzrə şöbənin rəisi , növbətçi xidmətinin rəisi vəzifələrində Dövlətə
və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.Anar Nağıyev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi Daxili Qoşunlarında və daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın, hərbi, daxili işlər nazirliyin post patrul, daxil qoşunların isə döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi
xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Anar Nağıyev Daxili Qoşunlarında və daxili işlər orqanında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Polkovnik leytenat Anar Nağıyev həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə
xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
O, Daxili Qoşunlarda və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi (komandir) hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə xüsusi fəriqləndiyinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb rəsinin, hərbi hissə komandirinin və rayon polis idarə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dəcəsi döş nişanları ilə, fəxri fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla;
2.”Silahll Qüvvələrin” 10-iliyi və 90-iliyi yubiley medaları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.ANAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder