Təbrik: Polkovnik Cəbrayıl Qurbanov -63




    İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də Daxili işlər nazirliyi (Din-in )   Daxili Qoşunların həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,iradı humanistliyi,sadəliyi, işgüzarlığı, mənəvi keyfiyyəti,  dəqiqliyi, təmkinliyi, xeyirxaxlığı, səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində keçirmiş  Silahlı Qüvvələr və Müharibə  Veteranı- istefada olan polkovnik Qurbanov Cəbrayıl Qurban oğludur. Fevral ayının 14 - də onun  dünyaya göz acdığı gündür.

 

      Daimi həyatın bütün cətinliklərindən  alını açıq və üzüağ çıxan Azərbacan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı -istefada olan polkovnik  Qurbanov Cəbrayıl Qurban oğlunu doğum günü münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doönaları, əzizləri, yaxınları, iş və döyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Cəbrayıl  qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

 

Polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu  14 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Zaqatala rayonunun Yuxarı Çardaxlar  kəndində zəhmətkeş ailədə anadan olub.

1978-ci ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbi, 1987-ci ildə Tula vilayətində Poltexnik İnstitutunu  bitirib. Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi müddət ərzində bir çox hərbi xüsusi- taktiki təlimlərdə, metodiki -təlim toplanışlarda ,seminar və konfranslar fəai iştirak edib.polkovnik  Cabrayıl Qurbanov hərbi təcirübə mübadiləsi və tanışlıq məqsədilə  Xarici ölkələrdə ( Türkiyədə, Almaniyada, Rasiyada və Ukraynada) işgüzar səfərdə və müvafiq kurslarda iştirak edib.

1987- 1991-ci illərdə Kiişinyov şəhərində öz ixtisası üzrə Zavodda mühəndis vəzifəsində işləyib. 1993-2017 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Maddi- Texniki Təminat İdarəsində (MTTİ-də) Geyim Təminatı üzrə zabit, MTTİ -də Planlaşdırma və Təminat bölməsının rəisi,  Daxil Qoşunların Baş İdarəsinində Maddi Texniki Təminat İdarə rəisinin  müavini- Qərargah rəisi  vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Silahlı Qüvvələr və Müharibə veteranı Cəbrayıl Qurbanov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə fəal iştirak edib.


O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Cabrayıl Qurbanov, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Qurbanov Cəbrayıl Qurban oğlu  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

Yüksək  nüfuza və yeksək vətənpərvərliy  hisslərinə malik olan, Qurbanov Cəbrayıl Qurban oğlu , həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alnı acıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özü etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

 Polkovnik Qurbanov Cabrayıl Qurban oğlu  Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində , Maddi texniki təminat xidmətləri üzrə bir cox peşəkar zabitlərin, gizlərin,müddətdən artıq xidmət edən hərbi qulluqçuların  və kiçik mütəxəssislərin   yetişməsində (hazırlığında), Daxili Qoşunların hərbi hissə və əlahiddə bölmələrinə isə həvalə edilmiş vəzifələrin yayıqınca yerinə  yetirilməsində  xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da  Daxili Qoşunların Veteranlar şurasının üzvü kimi  şəxsi  heyətin hərbi-vətənpərvərlik tərbiyəsində öz bilik və baçarığnı onlardan əsirgəməmişdir.


      Qurban Cəbrayılov Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində mandat,  normativ hüquqi aktların  ( normativ hüquqi sənədlərin, maddi- texniki tədris bazanın ) hazırlanması üzrə komissiyaların və metodiki Şuranın üzvü, tender, mənzil-  kommunal məişət  komissiyaların sədri olduğu illərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, bir cox   fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz xidmətəə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubiley  medalarl ılə təltif olunub.


 

      Azərbaycan Respublikası     Prezidentinin  12 mart 2009-cu il tarixli  204 nömrəli sərəncamına əsasən  Polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu » Hərbi xidmətlərə görə » medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN CƏBRAYIL!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages