İnsan ücün ən yaddaqalan günlərdən biridə onun doğum günüdür.Yaşın üstə yaş gəldikcə insan daha da kamilləşir.Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Ağdam rayon şöbəsinin sədri Müharibə Veteranı Paşayev Mərdan Həsən oğludur.Fevral ayının 18 – də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Paşayev Mərdan Həsən oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib,deyirlər Mərdan müəllim yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin. Müharibə Veteranı Paşayev Mərdan Həsən oğlu 1955- cı ilin fevral ayının 18 — də Azərbaycan Respublikasının Ağdərə rayonunun Manikli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1975 ci ildə Ağdərə rayonun Manikli kənd orta məktəbi,1976-cı ildə Sovet Ordusunun Omsk şəhərində kicik kamandirlər hazırlayan məktəbi,1989- cu ildə Ağdam rayon texnikomunu (elektrikləşmə və texniki fakultəni), 2002 – ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (tarix maarif bakalavr dərəcəsi üzrə) bitrib. O,1976- 1978 cı illərdə Sovet Ordusunun Rusiya Sovet Federatif Sosialist Respubilkasının Zabaykal diyarında (omsk,cita şəhərlərində ) yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1989- 1991 – ci illərdə Ağdərə rayonun manikli kənd orta məktəbində hərbi müəllim işləyib.
Mərdan Həsən oğlu Paşayev 1991- 1995- ci illərdə Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Mərdan Həsən oğlu Paşayev Azərbaycan ordusundan Silahlı Qüvvələrə buraxıldıqdan sonra 1996- 2019 ci illərdə Ağdam rayonun 162 saylı tam orta məktəbində müəllim işləyib.
O , 1996- cı illdən Azərbaycan Vətən Müharibəsi Veteranlarl İctimai Birliyin Ağdam rayon şöbəsinin üzvü, 2016 — ci ildən etibarən isə AVMVİB-nin Ağdam rayon şöbəsinin sədri vəzifəsindədir
Müharibə veteranı Mərdan Paşayev,1988- 1991 ci illərdə könüllərdən ibarət özünü müdafə taborunun (batalyonun) 1991 -1994 cü illərdə isə Azərbaycan ordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Xocalı,Tərtər və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. O, 1993 -cü ilin fevral ayının 18 -də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb
Mərdan müəllim Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsində, hərbi nizamnamələrin, Hərbi Andın, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizamnaməsinin,dövlətin təhsil siyasətinin, təhsil orqanların qərar və göstərişlərinin, müəllimlərin isə etik davranış qaydalarının yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən şərəf və məsuliyyət hissi ilə gəlmişdir.
Mərdan müəllim Vətən savaşının müharibə veteranlarına, və şəhid aiə üzvlərinə baş cəkən və onlara maddi və mənəvi dəstək olan vətənpərvər,qayğıkeş və xeyirxah insanlardan biridir.
Paşayev Mərdan Həsən oğlu Sovet və Azərbaycan ordularının hərbi hissələrində xidmət etdiyi , orta məktəbdə müəllim işlədiyi illərdə vəzfə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, ictimai işlərdə isə xüsusi fərqləndiyinə görə Azərbaycan Ordusunun Baş qərargah rəisnin,alay, birqada və korpus komandirlərinin, bir sıra təşkilat və ictimai birllik sədirlərinin, yerli icra hakimyyəti orqanların rəhbərlərinin,orta məktəb direktorun müvafiq əmirləri ilə “əlacı” döş və yubiley nişanları ilə təltif olunub, fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib.
1.”Müharibə Veteranı” medalı ilə;
2.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (1994- 2019) 25 illiyi” yubiley medalı ilə;
3.” Milli Ordunun ( 1918 — 2018) 100 illiyi” yubiley medalı ilə;
4.” Böyük Zəfər” medali ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MƏRDAN.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder