Daimi həyatın bütün imtahanlarından alnı açıq və üzüağ çıxan, Silahlı Qüvvələr və Müharibə veteranı- ehtiyyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlunun fevral ayının 6-da dünyaya göz acdığı gündür.Belə əlamətdar gün münasibətilə Zaur Hüseynovu Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.
Yüksək peşəkarlığı, humanistliyi, iradi, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliliyi, dəqiqliyi,sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçitmiş, Silahlı Qüvvələr və Müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlu 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Silahlı Qüvvələr və müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlu 1987-ci ildə Samux rayonu Alıuşağı kənd orta məktəbi,1992-ci ildə Azərbaycan Texniki Universiteti bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzinfə zabitlərin ixtisas artırma kursunda olmişdur.O, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən təlim-metodiki toplanışlarda, hərbi xüsusi taktiki -təlimlərdə, komanda -qərargah məşqlərin də, müvafiq kurslarda ,seminar və konfranslarda fəal içtirak etmişdir.
1992- 1993-cü illərdə könüllü olaraq Daxili işlər nazirliyin tərkibində yaradılmış əlahiddə polis bölüyündə zabit kimi xidmət etmiş, həmin bölüyün tərkibində 1993- cü ilin mart ayında Kəlbəcər rayonunda əhalinin təhlükəsizliyinin təmin olunmasında, 1993-cü ilin iyun-iyul aylarında Ağdam rayonunun Qiyaslı kəndində döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayından Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsinin tərkibində bölük komandirinin müavini vəzifəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin müdafiəsində iştirak etmişdir.
1996-1998 — ci illərdə Naxçıvan şəhərində yerləşən hərbi hissədə, 1998-2004-cü illərdə Lənkəran şəhərində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində, 2004-2019-cu illərdə Quba və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə xidmət rəisi vəzifəsində Vətənə. və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə, Hərbi Andın, hərbivə daxili qoşunların döyüş xidməti nizamnamələrinin, eləcədə digər hüquqi – normativ aktların tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, bir çox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrind iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, Qusar rayonu ərazisində qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqəladə hallar zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir.
Öz xidməti vəzifə borclarının və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə və xidmət dövründə digər xidmətlərinə görə. Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanını və hərbi hissə komandirinin müvafiq əmirləri ilə əlacı və yubley döş nişanları ilə,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, Azərbaycan Respublikası Prezidenti adından isə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı”, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” 10 illiyi, 90 illiyi və 95 illiyi yubiley medalları ilə təltif edilmişdir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN,
ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder