Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst-xətti olan yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası və gözəl nitq qabiliyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar
dövrünü hərbi xidmətdə keçirmiş müharibə veteranmız- istefada olan mayor Tahirov Tahir Əlixan oğlunun fevral ayının 4 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı - istefada olan mayor Tahir Tahirovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Tahir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni, istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə veteranı- istefada olan mayor Tahirov Tahir Əlixan oğlu 1960- ci ilın fevral ayının 3 -də Azərbaycan Respublikasının Siyəzən rayonunda zəhmətkeş ailədə anadan olub.
1977-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli orta məktəbi, 1982 - ci ildə Neft-Kimya İnstitutunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda , xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1982-1991 -ci illərdə “Azneft” İstehsalat Birliyinin Geoloji -Buruqların kəşfiyyat idarəsində mühəndis vəzifələrində işləyib.
1992 -1999 -cu illərdə Daxili Qoşunların Baş İdarəsinin Doyuş Hazırlığı İdarəsinin Kimya xidmətində Analitik hesablama qrupun rəisi, 2000 - 2009 – cü ilərdə isə Daxili
Qoşunların Baş İdarəsinin Nərmanov və Xətai rayonlarında yerləşən hərbi hissələrində hərbi hissənin qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və ucotu üzrə baş köməkcisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib
Mayor Tahir Tahirov Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra, bir müddət özəl təhlükəsizlik xidmətlərində işləyib.
Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə,kütləvi tədbirlərin kecirilmə yerlərində, yaşayış məntəqələrində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir cox hərbi quluqcullara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində nümunə olmuşdur.
Mayor Tahir Tahirov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Müharibə veteranıdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı İdarə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991 - 2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)”yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə"2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
TAHİR DOĞUM GÜNÜN
MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder