Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan
Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Atəşi Sabir Neymətulla oğlunun fevral ayının 29 -da 56 yaşının tamam olması münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri və iş yoldaşları
səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sabir qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Silahlı Qüvvələr Veteranı istefada olan mayor Atəşi Sabir Neymətulla oğlu 29 fevral 1968- ci ildə Şəki rayonun Qaratorpaq kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1985-ci ildə Şəki rayonu Qaratorpaq kənd orta məktəbi, 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnyus şəhərində xüsusi orta məktəbi, 1999-cu ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə kursunu bitirib. O, Daxili Qoşunlarda xidmət ertdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarında, xüsusi və hərbi taktiki - təlimlərdə, müvafiq kurslarda, seminar və konfransalarda fəal iştirak edib.
Atəşi Sabir Neymətulla oğlu 1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1992-ci illərdə SSRİ Daxili işlər nazirliyinin Sverdlovsk vilayətində yerləşən cəzaçəkmə müəssisələrin birində əməliyyat müvəkkili vəzifəsində işləyib.
1995 -2021-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gəncə və Şəki şəhərlərində, Zaqatala və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, əlahiddə bölük komandiri,taborun qərargah rəisi,tabor komandirinin müavini, kimya və mühəndis xidmətinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etməşdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlanmdırmışdır.
Sabir Atəşi Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Atəşi Sabir Neymətulla oğlu peşəkarlığı, humanistliyi,sadəliyi,işgüzarlığı,dəqiqliyi,təmkinliyi,xeyirxaxlığı, vətənpərvərliyi,iradı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunun iki ilini Daxili İşlər Nazirinin xüsusi orta məktəbiundə,iki ilini cəzaçəkmə müəssisəsində, iyirmi altı ilini isə Daxili Qoşunların hərbi hissələrində müvafiq vəzifələrdə keçirib.
O,Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Sabir Atəşi istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Atəşi Sabir Neymətullaoğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Silahlı Qüvvələr Veteranı, «Qusrsuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin» 10-illiyi , 90- illyi və 95-iliyi yubley medaları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezıdentının 30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamı ilə Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa,terrorçüluğa və diğər cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə görə, istefada olan mayor Atəşi Sabir Neymətulla oğlu «İgidliyə görə” medalı ilə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder