Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzü ağ cıxan,Daxili Qoşunların Zakatala, Quba rayonlarında (Yalama qəsəbəsində) yerləşən hərbi hissələrin həyatında avtomobil və zirehli texnika sahəsində öz dəst -xətti olan, yüksək peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə secilən, müharibə veteranı- -istefada olan mayor Hüseynov Oruc Allahverdi oğlunun fevral ayının 8- də dünyaya göz acdığı gündür. Bu gün münasibətilə mayor Oruc Hüseynovu Din-in Daxili Qoşunıarın ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadati, həyat yollarında bitib tükənməyən naliyyətlər arzu edib deyirlər,
Oruc qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Hüseynov Oruc Allahverdi oğlu 08 fevral 1963- cü ildə Zaqatala rayonunun Birinci Tala kəndində zəhmətkeş ailədə anadan olub.
1980-ci ildə Zaqatala rayonun 1-ci Tala kənd tam orta məktəbi,1989 -cu ildə Zabaykal Dairəsinin Çita şəhərində Politexnik İnstitutunun “Avtomobilin İstismarı” fakultəsini bitirib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1981- 1983 -cü illərdə Sovet Ordusunun Zabaykal dairəsinin Çita şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1989 - 1992-ci illərdə Zaqatala rayonda serücülər hazırlayan məktəbdə müəllim vəzifəsində işləyib.
1992- 2003 -cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Quba və Zakatala rayonlarında da ( Yalama və Xaldan qəsəbəsində) yerləşən hərbi hissələrdə Avtomobil və Zirehli Texnika Bölüyün komandiri,hərbi hissənin avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Oruc Hüseynov 2006-cı ildən Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecində müəllim vəzifəsində işləyir.
Oruc, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmış dır.
Qanunvericiliklə müəyyən olunmiş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,, yaşayış məntəqələrində, kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların mühafizə ovunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlalətıər və başq fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində mayor Oruc Hüseynov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlar da, döyüş növbəsində,avtomobil və texnika xidməti sahəsində xüsusi fəriqlənərək şücayət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin əmrləri ilə müvafiq medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ORUC !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder