İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər gün hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün 28 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarında keçirmiş Silahlı Qüvvələr Müharibə Veteranı- ehtiyatda olan mayor Məmişov Mübariz Qəzənfər oğludur. Fevral ayının 10-da onun dünyaya göz acdığı gündür
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Məmişov Mübariz Qəzənfər oğlunu belə bir əlamətdar gün münasibətilə Din- in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri, və yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -ükənməyən nailiyyətlər arzu edirlər.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Məmişov Mübariz Qəzənfər oğlu fevral 1972-ci ilin fevral ayının 10 -da Dərələyəz mahalının Yeğeqnadzor rayonun Qovuşuq kəndində zəhmətkeş ailədə anadan olub.
Mübariz Məmişov Bakı şəhərində 19 nömrəli tam orta məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, Azərbaycan Siyasi Şunaslıq məktəbini, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzini və NATO- nun Qırmızı Xaç Komtəsi kursunu bitrib. Mübariz Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda,hərbi xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Mayor Mübariz Məmişov 1993- 2020 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi, Nərimanov və Hacqabul rayonlarında (Şirvan şəhərində) yerləşən hərbi hissələrində (müddətli həqiqi hərbi xidmətə olub) manqa komandiri, taqım komandirinin müavini,taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi, Daxili Qoşunların Bas İdarəsində isə Növbətçi xidmətinin baş zabiti və Növbətci xidmətinin rəisi vəzifələrin də Vətənə və xalqa sədaqətlə xidmət etmişdir..
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Mübariz istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və d sözsüz yerinə yetiriməsi işində,öz tabeliyində olanlar ücün şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, inzibatı binaıarın və hərbi təchizat anbarların mühafizə ovunmasında, səhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçiriləmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində, və cəzaçəkmə müəssisələrində kütləvi iğtiaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə vəvəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarının və hərbi hissəyə həvalə olunmuş vəzifə tapşrıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respubilkasının Prezdenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz xidmətlərə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medalları təltif olunub.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜBARİZ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder