Təbrik: Mayor Azər Murtuzəliyev — 53



       Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, iradı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün  ən məhsuldar dövrünü  hərbi xidmətdə keçirmiş, ehtiyatda olan mayor  Murtuzəliyev Azər Hasil oğlunun  fevral  ayının  5-də dünyaya göz açdığı gündür.


   Daimi həyatın imtahanlarından alnı açıq  və üzüağ çıxan, ehtiyatda olan mayor Azər Hasil oğlu Murtuzəliyevi doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər,Azər  qoy yaşının

üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.



  mayor  Murtuzəliyev Azər Hasil oğlu  1971-ci ilin fevral ayının 5-də  Sumqayıt şəhərində zəhmət keş ailədə anadan olub.

1988-ci ildə Sumqayıt şəhəri 21 nömrəli orta məktəbi, 1989-1993-cü illədə Ordu Generalı Yepişev adına Doneski Ali Hərbi Siyasi mühəndis və rabitə qoşunları  məktəbini bitirib.


 Murtuzəliyev Azər Hasil oğlu 1993-1999-cü illərdə      Doneski şəhəri, Lenin adına rayonun Daxili İşlər Orqanında Cinayət axtarışları şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.


2000-2002-ci iliərdə   Müstəqil Respublikamızın  Daxili işlər Nazirliyinin Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən  hərbi hissəsində 2-ci patrul bölüyündə taqım  komandiri,  2002-2005-ci illərdə  Daxili Qoşunların Nərmanov rayonunda yerləşən hərbi hissəsində bölük komandiri, 2005-2011-ci illərdə isə Daxili Qoşunların Xəzər rayonunda yerləşən   təlim- tədris mərkəzində və hərbi məktəbdə  Tədris şöbəsinin Planlaşdırma bölməsində zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.


Azər Murtuzəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.


O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Azər  istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


  2014-2017- ci illərdə Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların Ali Hərbi Məktəbin Ümumqoşun fənləri və atəş hazırlığı kafedrasında» Hərbi Mühəndis hazırlığı»fənni üzrə mülki müəllim vəzifəsində çalışmışdır. Kursantlara  Mühəndis qoşunlarının əsas tapşırıqları, Mühəndis kəşfiyyatının məqsədləri, tapşırıqları və aparılması üsulları haqqında, biliklərin verilməsində, fortifikasiya qurğularının təsnifatını, səngərlərin yerinin seçilməsi, qurulması və maskalanması qaydaların öyrətməkdə, partladıcı maddələrin təsnifatını, atımların növləri, partlayış üsulları və partlayış vasitələri haqqında biliklərin verilməsində, mühəndis maneələrinin növləri, qurulması, masqalanması və rəf edilməsini öyrətməkdə, peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların , kiçik komandir heyətinin və kiçik mütəxəssislərin  yetişməsində, eləcədə onların komandir, döyüş və içtimai siyasi  hazırlığında xüsusi  əməyi olmuşdur. Azər təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların  hərbi vətənpərvərlik  tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.


Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi idman  tədbirlərin kecirilmə  yerlərində  ictimai asayişin qorunmasında və  içtimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzacəkmə  müəsissələrində  kütləvi iğtişaşların  qarşısının alınmasında,mütəşəkkiı cinəyətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbbi fəlakətlər və başqa fövqaləda hallar zamanı  hüquqi rejimin  təmin edilməsində Mayor Azər Murtuzəliyev   üzərinə düşən vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.

       

 Azər Murtuzəliyevin qiymətli  cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl insan, Azərbaycanımızın bu günu, sabahı ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və içtimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər   xidmətlərinə görə  Daxili işlər nazirinin,Daxili  Qoşunlar Komandanın,Ali hərbi məktəb rəislərinin, təlim- tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı, yubley və idman dərəcəsi döş noşanları ilə təltif olunub, bir cox   diplomlarla,  fərmanlarla  və qiymətli hədiyyələrlə mükafatlandırlıb ,  ona  təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:


1”.Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Azərbaycan Respubilkası Silahlı Qüvvələrində  10 təqvim ili xidmətə görə;


2.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;


3.”Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)”  yubiley medalı ilə.



DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZƏR MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri  və Müharibə  Veteranı 

polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages