İnsan üçün ən yaddaqalan günlərdən başlicasi onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək hərbi peşəkarliği, humanistliyi, işgüzarliği,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarliği eləcə də vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu Daxili işlər nazirliyi Daxili Qoşunlarinda keçirmiş, 2-ci qrup müharibə əlili- istefada olan mayor Hüseynov Astan Nəsib oğludur. Fevral ayinin 27- də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün sanaqlarından alını acıq və üzüağ çıxan- istefada olan mayor Hüseynov Astan Nəsib oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxın qohumları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağliği və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Astan müəllim qoy yaşinin üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Hüseynov Astan Nəsib oğlu 27 fevral 1963-cü ildə Gürcüstan Respublikasinin Rustavi şəhərində zəhmətkeş ailədə dünyaya göz açib.
Astan Hüseynov 1980-ci ildə Qazax rayonun birinci Şixli kənd orta məktəbi, 1989-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburqda (Leninqrad) şəhərində yerləşən LKGİ-nin 60 illiyi adina ali hərbi siyasi məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq kurslarda, bir çox təlim- metodiki toplanişlarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Mayor Astan Hüseynov 1981-1983-cü illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1983-1985-cü illərdə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunlarin Tiflis şəhərində yerləşən diviziyanın konvoy mühafizə alayinda taborun komsomol təşkilatinin katibi, 1989-1991-ci illərdə Ukrayna Respublikasinin Xarkov şəhərində yerləşən hərbi hissələrin birində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, 1992-1997-ci illərdə isə Azərbaycan Respublikasinin Daxili işlər nazirliyi Daxili Qoşunlarin Baş İdarəsinin Binəqədi, Qazax, Xəzər rayonlarinda, Gəncə və Sumqayit şəhərlərində yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandirinin birinci müavini, bölük komandiri, ayrıca yerləşən taborun komandiri, hərbi hissə komandirinin tərbiyə işlər üzrə müavini, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri, Daxili Qoşunlarin Bas Idarəsinin Qərargahında əməliyyat növbətçisi, tərbiyə şöbəsində isə qbaş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinda xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasina və qanunlarina əməl etməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktlarin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.
Astan Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadiği ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-taniş, qohum-əqrəba arasinda özünə layiq hörmət qazanmişdir.
Qanunvürciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,daxili işlər orqanıarı ilə birlikdə şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai təhlükəsuzliyin təmin olunmasında,mühüm dövlət obyektlərin,kommunikasiya qurğuların, xüsusi yüklərin,daxili işlər nazirliyinin maddi-texniki və hərbi təchizat anbarların (bazaların) mühafizə olunmasında, mühafizə olunan obyektə, hərbi şəhərciyə soxulmuş və axtarışda olan şəxslərin tutulmasında və zərərsizləşdirilməsində,yaşayış mətəqələrinə və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaləladə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,Azərbaycan Respubilkası ərazinin müdafəsində üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Hüseynov Astan Nəsib oğlu Azərbaycan Respublikasinin ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Qubadli və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib. O, 1992 — ci ilin Avqust ayinin 30 da Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanmişdir.
Hərbi xidmət vəzifələrinin icrasi zamani yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazirliğinda, hərbi intizamin möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlarin Komandanin və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanlari ilə, pul mükafati, fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandirilmişdir.
Bundan başqa Döyüş hazirliğindaki əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fərqlənməyə,xidmət dövründə isə şücaət və fədakarliq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti və SSRİ Ali Soveti adindan Daxili işlər nazirinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli, SSRİ Silahli Qüvvələrinin 70 (1918-1988) illiyi yubiley medali ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ASTAN!
UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
ARZU EDİRƏM Kİ, HƏYATINDA HEÇ BİR ÇƏTİNLİYİN OLMASIN.
QOY HƏYATINDAKI UĞURSUZLUQLARIN SƏNƏ RUH DÜŞKÜNLÜYÜ
YOX, ƏKSİNƏ HƏR ŞEYİ YENİDƏN BAŞLAMAQ ÜÇÜN TƏKAN VERSİN.
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜNÜZ GÜLSÜN, ÜRƏYİNİZ SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder