Təbrik: kapitan Sənan Əşrəfov -52



 Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ehtiyatda olan kapitan Əşrafov Sənan  Maşallah oğlunun   fevral ayının 28- də  dünyaya göz acdığı gündür.

Bu əlamətdar gün   münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Sənan Əşrafovu Daxili işlər nazirliyi  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu  edib deyirlər, Sənan qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin ,  hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Əşrəfov Sənan Maşallah oğlu  1972-ci ilin fevral ayının 28-də  Lacın  rayonun   Bozlu kəndində zəhmətkeş ailədə  anadan olub.

 Kapitan Sənən Əşrafov 1989-ci ildə  Lacın rayonun  Bozlu kənd  orta məktəbi, 1997-ci ildə  Bakı Sosial  İdarəetmə və Politologiya (indiki DİA) İnstitutunu (“politoloq, alı təhsil müəssisələrində sosial-siyası fənlər  müəllimi ixtisasını) 2004-cü ildə  isə Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlər in  ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox  təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1990-1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.

1992-1996-cı illərdə Azərbaycan ordusunun Ağcabədi rayonunda yerləşən   Zenit Raket Briqadasının tərbiyə bölməsində  təlimatçı-klub rəisi vəzifələrində olub.

1997-2003-cü illərdə  Bakı şəhər  91,190 və 242 saylı tam orta məktəblərində  Gənclərin  hərbi çağırışaqədər hərbi rəhbər (müəllim) vəzifələrində calışıb. 

 Sənan Əşrafov 2004-2014 - cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif  vəzifələrdə Dövlətə

və xalqa sədaqətlə xidmət etmişdir.

 ” Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156- cı maddəsinin v) bəndinə əsasən  ( hərbi xidmət dövründə xəstəliyinə  görə) Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə buraxlıb.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir.Sənan istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycan Respublikasının Daxili işlər nazirliyi  Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın,  hərbi, daxil qoşunların  döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qayda da şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa  fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Kapitan Sənan Əşrafov Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

 Sənan Maşallah oğlu Əşrafov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların  təlim-tədris mərkəz  rəisinin, korpus və  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley   döş nişanları ilə təltif olunub,     fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:

1.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə;

 2.”Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin 90-iliyi (1918-2008) və 95 iliyi (1918-2013)” yubiley medaları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

SƏNAN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və  Müharibə Veteranı  polkovnik Salman Musayev






Hiç yorum yok:

Yorum Gönder

Pages