Peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda olan baş leytenat Allahverdiyev İntiqam Müseyib oğlunun fevral ayının 13- də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş leytenat İntiqam Allahverdiyevi doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İntiqam qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş leytenat Allahverdiyev İntiqam Müseyib oğlu 1975-ci ilin fevral ayının 13 -də İsmayıl rayonun Hacıhətəmli kəndində zəhmətkeş ailədə anadan olub.
1992 - ci ildə İsmayılı rayonun Hacıhətəmli kənd orta məktəbi, 2000 - ci ildə Bakı Rabitə Kolleci, 2003- cü ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən tədris mərkəzində zabit heyətinin hazırlığı kursunu (fərqlənmə ilı) bitrub.
1994-1997-ci illərdə Azərbaycan Ordusunun Ağdam rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə, 1998-2008 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov,Quba və Lənkaran rayonlarında yerləşən Əlahiddə dayaq rabitə qovşağında və hərbi hissələrində (hərbi hospitalda) texnik, taqım komandiri, bölük komandiri, rabitə və ais xidmət rəsi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxlıb. Hal hal -hazırda İsmayılı rayonunda fiziqi şəxs kimi sahibkarlıq işilə məşğuldur.
İntiqam Allahverdiyev Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
İntiqam Allahverdiyev Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Baş leytenat İntiqam Allahverdiyev həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə “Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medalı ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 10 illiyi (1991-2001) və 90 illiyi (1918-2008) yubiley medalları, əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları baş leytenat İntiqam Allahverdiyev vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İNTUQAM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder