Yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən,ehtiyatda olan baş leytenat Rəsulov Füzuli Məmməd oğlunun fevral ayının 11- də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş leytenat Füzuli Rəsulovu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Füzuli qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş leytenat Rəsulov Füzuli Məmməd oğlu yanvar ayının 11 -də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1999 - ci ildə Cəmşid Naxcvanski adına hərbi liseyi, 2003- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini (BAÜKM), 2004 - ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrub.
2003-2007 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər və Nərmanov rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri və böluk komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxlıb.
Füzuli Rəsulov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
Füzuli Rəsulov Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Baş leytenat Füzuli Rəsulov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə bir sıra medallarla, əlaçı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Füzuli Rəsulovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FÜZULİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder