Yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, vətən müharibəsi iştirakcısı - ehtiyatda olan baş leytenat Əliyev Elçin Akif oğlunun fevral ayının 11- də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş leytenat Elçin Əliyevi doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elçin qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş leytenat Əliyev Elçin Akif oğlu 1976-cı ilin fevral ayının 11 -də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1992 - ci ildə Bakı şəhər Nəsimi rayon 19 nömrəli tam orta məktəbi, 1997 - ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini (BAÜKM taktiki avtomobil qoşunları ixtisası üzrə), 1998 - ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrub.
1997-2002 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi hissədə kicik komandirlər və sürücülər hazırlayan tədris bölüyində taqım komandiri- müəllim vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.2003-cü ildən Neft şirkətində mühafizə bölməsinin rəisi vəzifəsində işləyir.
Elçin Əliyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun hərbi hissələrinin birində bölük komandiri vəzifəsində Füzulinin, Cabrayılın və Hadrutun azad olmasında fəal iştirak edib. “Vətən müharibəsi iştirakçısı” döş nişanı və “Hərbi xidmətdə fəriqlənməyə” görə medalı ilə təltif olunub.
Vətən nüharibəsi iştirakcısı Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
Elçin Əlitev Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir
Qanunvericiliklə müəyyən olunmuşmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasın da, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Elçin Əliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELÇİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder