İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun dünyaya gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir.Belə insanlardan biridə, daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyin Zəngilan rayon şöbəsinin sədiri Azad Musayevdir.Fevral ayının 3 -də onun dünyaya göz açdığı gündür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Bakmiltv.info-nun kollektivi Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Musayev Azad Məhəmməd oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirıər,
Azad qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni illin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı Musayev Azad Məhəmməd oğlu 1972-ci ilin fevral ayının 3- də Azərbaycanın ən səfalı rayonlarından biri olan Zəngilan rayonunun Seyidlər kəndində zəhmətkeş ailədə anadan olub.
Azad Məhəmməd oğlu Musayev 1979-cu ildə Zəngilan rayonunun Seyidlər kəndində səkkiz illik məktəbin birinci sinifinə getmiş, 1987-ci ildə həmin məktəbi,1988-ci ildə, Azərbaycan türklərinin qədim yurd yeri olan- Qafan rayon orta məktəbin 9-cu sinifini,1989- cu ildə Zəngilan rayonun Şərikan kənd orta məktəbin 10-cu sinf ini, 1990-cu ildə isə Bakı şəhərində Texniki Peşə məktəbini bitirib.O, orta və peşə məktəbində oxudu ğu vaxtlarda nizam-intizamlı şagirdlərdən biri olmuşdur.
Musayev Azad Məhəmməd oğlu 1990 -1992-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1992-1996-cı illərdə Azərbaycan Ordusunun Zəngilan, Füzuli və Goranboy rayonlarında yerləşən hərbi hissələrin birində manqa komandiri,taqım komandirinin müavinini, bölüyün baş cavuşu vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
O,Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Vetreranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş,qeyrətli, vətənpərvər,sadə,təvazökər və xeyirxah bir insan kimi göstərmişdir.O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.Azad Musayev istər müharibəveteranları və şəhid ailələri ilə, istərsədə respubilkamızın umumu tədbirlərində,döyüşcü və iş yoldaşlarının xeyir və şərində həmişə yaxından fəal iştirak edən insanlardan biridir.
Azad Musayev müstəqil Azərbaycan Ordusunun hərbi hissələrində xidmət etdiyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin nizamnamələrinin, eləcə də, digər hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsi istiqamətində üzəri nə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azad Məhəmməd oğlu Musayev 44 günlük Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək o, daimi əsgər və zabitlərmzin yanında olaraq, Azərbaycan Ordusuna maddi- mənəvi dəstək olmuşdur
O, Azərbaycan Ordusunda hərbi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində isə ictimai vəzifələrinin icrası zamanı xüsusi fərqləndiyinə və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin,Azərbaycan Ordusunun Baş qərargah rəisinin, korpus və hərbı hissə komandirlərnin, bir necə qeyri — hökmət təşkilatlaın (ictimai birlik) sədirlərinin,yerli və mərkəzi icra hakimiyyəti orqan rəhbərlərinin, idman klub direktorlarının müvafiq əmirləri ilə xatirə medallarl, döş və yubiley nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZAD !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder