Təbrik: Aybəniz Ələkbərova



      Peşəkarlığı,iradı, hümanistliyi,xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi,   işgüzarlığı, mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyiilə seçilən, istefada olan  gizir     Ələkbərova Aybəniz  Ələkbər qızının fevral ayının 22 -də dünyaya göz acdığı gündür.

    

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı- istefada olan gizir   Aybəniz   Ələkbərovanı  doğum günü münasibətlə Din- in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları    səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Aybəniz xanım qoy  yaşınızın  üstə gələn bu yaş da sizə sevincdolu günllər bəxş etsin. 

    

 Aybəniz  Ələkbər qızı Ələkbərova 1968- ci ilin fevral ayının  22 -də Hacıqabul  şəhərində  zəhmətkeş ailədə  anadan olub.

     

   

Aybəniz xanım 1992-   2015 - cı illərdə Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin  Hacıqabul və Xətai rayonlarında  yerləşən hərbi hissələrində  müxtəlif   vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib

      

Aybəniz xanım Daxili Qoşunların Hacıqabul və Xətai rayonlarında yerləşən hərbi hissələrində  xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin,hərbi qulluqçuların etik davranış kodeksinin  tələblərinin dəqiq yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümunə olmuşdur.Aybəniz xanım, Azərbaycanın ərazi bütövlüyü uğrunda (1993- cü ildə Füzuli rayonu istiqamətində) gedən döyüşlərdə iştirak edib. 



  

   Ələkbərova Aybəniz Ələkbər qızı öz hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin,Daxili Qoşunlar komandanın  və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əla xidmətlərə görə   Daxili Qoşunların yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə (pulla) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidməti vəzifələrin  icrası zaman həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə,  Azərbaycan Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  aşağıdakı medallarla təltif edilib:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin”10 illiyi (1991 - 2001), 90 illiyi (1918-2008)  yubiley  medallar  ilə;



 2”Qüsursuz xidmətə görə"1-ci, 2-ci və 3-cü  dərəcəli medallar ilə - Silahlı Qüvvələrdə  10,15 və 20  təqvim ili xidmətlərə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AYBƏNİZ  XANIM.

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages