Əfqanıstan Müharibə Veteranları İctimai Birliyin bölgə sədri- polis polkovniki Şəmil Həsənovun təşkilatçılığı ilə fevral ayının 15-də Göygöl rayonunda Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 35-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdən əvvəl, tədbir iştirakcıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar,onun büstü üzərinə gül dəstləri qoyublar,sonra isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından kecmiş qəhrəman şəhidlərin xatirəsi ehtiramla yad edilmiş,məzarları üstünə gül dəstəri qoyulmuşdur.
Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi Veteranları və şəhid ailələri ilə işin təşkili şöbənin müdiri Sərdar Babayev, həmin şöbənin böyük məsləhətçisi Sadiq Abbaszadə,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, şəhid ailələri, Əfqanıstan və Azərbaycan Respubilkasının müharibə veteranları iştirak ediblər.
Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda və Əfqanıstan müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirlib.
Öncə Əfqanıstan Müharibəsi Veteranıarı İctimai Birliyin bölgə sədri Həsənov Şamil Bayram oğlu çıxış edərək öz cıxışında bildirdi ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. "SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 mindən çox hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib. On illik Əfqanıstan müharibəsində 9000-dən artıq azərbaycanlı iştirak edib. Onlardan 208-i müharibədə həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb. Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları Qarabağ müharibəsində də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə müxtəlif orden və medallara layiq görülüblər. Azərbaycanlı veteranların fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir".
Tədbirdə cıxş edənlər: Öz cxışlarında, bu gün ölkəmizdə 7 minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu, onların cəmiyyət həyatında fəal iştirak etdiklərini, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini bildirmişlər, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərməsi dən, bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindanışmışlar.Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan,
"Əfqanıstanda gedən müharibə illərində beynəlmiləlçi döyüşçülərin əvəzsiz döyüş təcrübəsi qazanmasından, adlarını qəhrəmanlar sırasına yazdırmalarından söz acmışlar.
Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsindən, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlanmasından danışmışlar.
Çıxışlardan sonra bir sıra müharibə veteranları fərmanlarla təltif olundu eləcə də tədbirdə iştirak edənlərlə birgə xatirə şəkili çəkilmişdi.
Azərbaycan Vətən Müharibəsi Veteranıarı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov
Hiç yorum yok:
Yorum Gönder