“Tıxacların səbəbləri çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova parlamentin iclasında deyib.
“Lakin düşünürəm ki, sürücü mədəniyyəti də yoxdur. Sürücü mədəniyyətinin yüksək olması lazımdır”, - deyə spiker vurğulayıb.
Qeyd edək ki, bugünkü iclasda millət vəkili Siyavuş Novruzov da yollardakı vəziyyəti tənqid edib:
“Şəhərdə üç yol - avtobus, velosiped, maşın yolu müəyyənləşib. Bu darısqal yollarda idarəetmə problemləri yaranıb” .
Hiç yorum yok:
Yorum Gönder