Bu gün, fevralın 26-da Azərbaycan sakinləri Xocalı qətliamının qurbanı olmuş həmvətənlərinin xatirəsini ehtiramla yad edirlər.
Bu barədə info24.ru resursunda yer alan məqalədə bildirilir.
“Rəsmi məlumata görə, 32 il əvvəl Ermənistan silahlı qüvvələri Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 nəfəri qətlə yetirib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq yetim qalıb, 150 məhbusun taleyi hələ də məlum deyil”, - deyə yazıda bildirilir.
Qeyd olunur ki, hazırda Xocalıda fəal bərpa prosesi gedir və işi əsasən o insanlar həyata keçirirlər ki, onlar bir vaxtlar kiçik uşaq ikən doğma şəhərlərindən sağ-salamat çıxa biliblər.
Vurğulanır ki, vaxtilə Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı indi ləyaqət və qürurla azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzura baş çəkə bilər.
“Xocalı faciəsi 1992-ci il fevralın 25-dən fevralın 26-dək baş verib. Qarabağda əsasən azərbaycanlıların yaşadığı şəhər Ermənistan silahlı qüvvələrinin kütləvi hücumuna məruz qalıb. Hücumdan əvvəl uzun hazırlıqlar aparılıb. Artıq 1990-cı ildən etibarən mərkəzi sovet hakimiyyətinin zəiflədiyini hiss edən Ermənistan rəhbərliyi nisbətən kiçik yaşayış məntəqəsinə təzyiqləri artırıb.
İrəvanın Xocalıya nəzarəti ələ keçirməkdə maraqlı olmasının səbəbi şəhərin əlverişli strateji yerləşməsi hesab olunur - Qarabağ ərazisində yeganə hava limanı məhz orada yerləşirdi və bir neçə mühüm magistral yol kəsişirdi. Əvvəlcə şəhəri top atəşinə tutdular, sonra hücuma başladılar. Fevralın 26-da səhər tezdən demək olar ki, bütün Xocalını alov bürüdü.
Şəhərdə qalan sakinlər - təxminən 2500 nəfər ən yaxın Ağdama piyada gedərək qaçmağa çalışıb. Ancaq çox az adam sağ çıxa bilib. Yüzdən çox qadın, onlarla uşaq və qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onların bir çoxu ölümdən əvvəl işgəncələrə məruz qalıb”, - materialda qeyd olunub.
Yazı müəlliflərinin fikrincə, bu faciə Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq.
Hiç yorum yok:
Yorum Gönder