İman Əmirhüseyn oğlu Məcidov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1989-1994). Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb (1992-2006). 2006-cı ildən isə Space TV-də rejissor kimi fəaliyyət göstərir. Space TV-nin Mədəniyyət departamentinin rəhbəri olub. Mədəniyyət Nazirliyi tərəfindən “ilin ən yaxşı televiziya rejissoru” (2005), Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibi (2007), “Qızıl cıraq” laureatıdır (2006).
Rejissor İman Məcidov rejissor Əmirhüseyn Məcidovun oğludur.
Filmoqrafiya:
Sənətə həsr olunmuş ömür (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
O, həmişə bizimlədir (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Oxu gözəl (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Sirr qapısı (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Cavidin gəncliyi)
Akademik Rəhim Rəhimov (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Memar Fuad Seyidzadə (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Koramal (2009, qısametrajlı bədii film) – məsləhətçi
Sevgi etirafı (2010, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Balaca planetin böyük tarixi (2011, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Sənətdə keçən ömür (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – piar menecer
Hiç yorum yok:
Yorum Gönder