Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan -polkovnik leytenat Dünyamalıyev Əlif Cəmil oğlu əgər yaşasaydı fevral aynın 25- də 60 yaşı tamam olacaqdı. Əlif Dünyamalıyev 3 il 11 aydan coxdur ki, aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi, 2020-ci ilin mart ayının 3-da Bakı şəhərində vəfat etdi.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən, müharibə veteranı- polkovnik leytenat Əlif Dünyamalıyev idi.O, 1992-1998-cı illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanovə Xəzər rayonlarında yerləşən hərbi hissələrdə avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsində hərbi mefəttişliyin rəisi,1998-2001-ci illərdə Müdafiə Nazirliyin hərbi polis idarəsində avtomobil müfəttişliyin rəisi, 2001 -2014 -cü illərdə Daxili Qoşunların Xəzər və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalda ) avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin (hospital rəisinin) maddi texniki təminat üzrə müavini,
Daxili Qoşunların Baş İdarəsinin maddi texniki təminat idarəsinin qərargahında isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Dünyamalıyev Əlif Cəmil oğlu 1964 - cü ilin fevral ayının 25 də Göycə mahalının Basarkeçər (Verdanis) rayonun Güney kəndində zəhmətkeş ailədə
anadan olmuşdur.
1981 ci ildə Göycə mahalının Basarkecər rayonun Güney kənd orta məktəbi,1986-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitrirmişdir.Əlif Dünyamaliyev Azərbaycan Poltexnik İnstitutunu bitirdikdən sonra öz ixtisası üzrə 1992 -ci illin yanvar ayına kimi
Bakı şəhərində müxtəlif istesalat sahələrində çalışmışdır.
Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Əlif mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmiş,1992-ci ilin yanvar ayından Daxili işlər nazirliyi Daxili Qonşunların sıralarında zabit olaraq hərbi xidmətə başlamışdır.Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirmişdir
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Əlif Dünyamalıyev öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Dünyamalıyev Əlif Cəmil oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəsələrində) kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar (fövqalədə vəziyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi polis idarə rəisinin, şöbə rəisinin və hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunub,bir cox fərmanlarla,qiymətli hədiyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1."Qusursuz xidmətə görə" 1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Hal- hazırda haqq dünyasında olan, polkovnik- leytenant Dünyamalıyev Əlif Cəmil oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder