Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan -polkovnik leytenat Ədalət Qasımov əgər yaşasaydı fevral aynın 20- də 62 yaşı tamam olacaqdı.Ədalət Qasımov 4 il 2 aydan coxdur ki, aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi, 2019-cu ilin noyabr ayının 30-da Bakı şəhərində vəfatı etdi,Xəzər rayonun Mərdakən qəsəbə qəbirsanlığında isə dəfn olundu.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1992-2013-cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Şirvan (Əlibayramlı), Ağdam, Füzuli, Nərimanov, Xəzər rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin avtomobil və zirehli texnika şöbəsində baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qasımov Ədalət Yədulla oğlu 1962- ci ilin fevral ayının 20-də Lerik rayonun Qələbin kəndində zəhmətkeş ailədə
anadan olub.Rayondakı internat məktəbində orta təhsil alıb.
1980-1982-ci illərdə Sovet Ordusunun Xabarovsk şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1983-1988-ci illərd Xabarovski Politexnik İnstitutunda ali təhsil alaraq avtonəqliyyatın istismarı İxtisasına yiyələnmişdir.Bir müddət həmin şəhərdə işləyib.Sonra Azərbaycan Respubilkasına qayıdaraq uzun illər Yerli Sənaye Nazirliyinin Nəqliyyat Kontorunda çalışmışdır.
Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Ədalət mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmiş,1992-ci ilin sentyabr ayında Daxili işlər nazirliyi Daxili Qonşunların sıralarında zabit olaraq hərbi xidmətə başlayıb. Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirmişdir
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ədalət Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Qasımov Ədalət Yadula oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəsələrində) kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq sərəncamı ilə Ədalət Yadulla oğlu Qasımov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili işlər nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,şöbə rəisinin və hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunub,bir cox fərmanlarla,qiymətli hədiyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub və aşağıdakı medallarla təltif olunub:
1."Qusursuz xidmətə görə" 2 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Hal- hazırda haqq dünyasında olan, polkovnik- leytenant Qasımov Ədalət Yadulla oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvəri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder