" Ömür səhifələri" Hacı İntiqam Atayev- 75




Fevralın 23 də Xəzər rayonunun  Şüvəlan qəsəbəsindəki " Xəzri" şadlıq sarayında xeyriyyəçi Hacı İntiqam Atayevin 75 illik yubileyi və şəhid bacısı  yazıçı Gülmaya Feyruzqızının yazdığı  
" Ömür səhifəlıri" kitabının təqdimat mərasimi keçirilmişdir..Tədbirdə şəhid anaları, şəhid ataları, şəhidlərimizin əmanəti olan bir qrup qazilərimiz, tanınmış  dövlət adamları, sənətkarlar, yazıçı və şairlər, media nümayəndələri , musiqiçilər və digər  hörmətli qonaqlar iştirak etmişdilər.
Tədbiri tanınmış yazıçı- jurnalist Südabə Sərvi açmış və vətənimizin azadlığı uğrunda , ərazi bütövlüyümüzü qoruyarkən canlarını fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Südabə Sərvi  Gülmaya Feyruzqızının yazdığı sayca 5 ci olan " Ömür səhifələri"  kitabından söhbət açdı.
Roman   Hacı İntiqam Atayevin şərəfli ömür yoluna həsr olunub. 
Kitabın redaktoru və ön söz müəllifi 
" Həkəri " qəzetinin baş redaktoru, şair- jurnalist Rauf İlyasoğludur.
" İmza"  Nəşrlər evində tez bir zamanda ,  nəfis tərtibatda çap olunmuş kitabda tanınmış ziyalıların Hacı İntiqam haqqında yazdıqları  ürək sözləri və şeirləri də toplanmışdır.
Buzovna məscidinin axundu, tanınmış din xadimi yazışı - qəzəlxan Hacı Soltan məclisə xeyir dua verərək Hacı İntiqamla bağlı  ürək sözlərini bildirdi.
Tarix elmləri doktoru professor İbadulla Ağayev, professor Təvəkkül Səlimov,  Aşıq Ələsgər mədəniyyət ocağının rəhbəri  Xətai Ələsgərli, Şahənşah şadlıq sarayının  müdiri,  təqdim olunan kitabın sponsoru Rəşid Süleymanov, yazıcı- telejurnalist Gülnarə Tomris, şairlərdən  Abel İslam,Aygün Hüseyn, İslam Ələsgərli,  Azərbaycanın xalq artisti sevimli diktorumuz, bədii qiraətçi Eldost Bayram, cavidşünas , polkovnik Həmid Cəfərov, " Bütöv Azərbaycan " qəzetinin şöbə müdiri Hüseyn Məmmədov  və başqaları Hacı İntiqam Atayevi təbrik etdilər və yubilyara müxtəlif hədiyyələr təqdim etdilər 
Çıxış edənlər Hacı İntiqam Atayevin insani keyfiyyətlərindən və xeyriyyə tədbirlərindən  söhbət  açdılar.
Hacı İntiqam sadə insandır. Bağbandır. Gül əkib becərir. Qazandığı məvacibini xeyriyyə işlərinə xərcləyir.Vaxtilə imkanları geniş olub.
 Azərbaycanın klassik şair və yazıçılarının anım günlərini keçirdib .Böyük məclislərin təşkilatçısı olub.
300 dən çox ziyalıların yığışdığı bu məclis də olduqca maraqlı və yaddaqalan oldu.
Hacı İntiqam Atayev tədbir iştirakçılarına, xüsusilə  kitabın çap olunmasında maddi köməkliyinə görə vətənpərvər ziyalımız Rəşid müəllimə  və kitabın tez bir zamanda ərsəyə gəlməsində əməyi olan  redaktor Rauf İlyasoğluna , İmza nəşrlər evinin  direktor Səbuhi Aslana  və müəllif Gülmaya Feyruzqızına  təşəkkürünü bildirdi.
6 saatdan çox davam edən  musiqili ədəbi bədii gecəda tanınmış sənət adamları məclisi feyziyab etdilər, şairlər, qəzəlxanlar yubilyarın şərəfinə şeirlər , qəzəllər söylədilər.
Tədbir Amerikanın ANT internet televiziyası ilə ( televizyonçu Elyaz Yekenli)   dünyaya yayımlanacaqdır.
Rauf İlyasoğlu
Allahverdiyev .

Hiç yorum yok:

Yorum Gönder

Pages