3 gün bundan əvvəl Bizə, yani Müstəqil Həmkarlar birliyinə bir müraciyyət daxil olub. Vətəndaş iddia edir ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinə tabe olan Agentliklərdən birində santexnik işinə qəbul olunmaq üçün ondan tələb olunub ki, bu şəxsin qardaşı , əlilliyi olan qardaşı, əlillik müddəti hələ bitməməsinə baxmayaraq yenidən , komissiyadan keçməlidir.
Bu absurt ideyaya oxşasada , elə indi həmin şəxslə adı deyilən Agentliydə görüşmaliyəm. Fakt təsdiqini tapsa ,30 dəqiqə ərzində həmin şəxslə canlı yayımda müsahibə alacağam.
Agentliyin adını əvvəlcədən yazmıram ki, informasiya yalanda ola bilər.
(Ardı Bakı vaxtı ilə 12:10 )
Təssüf ki, deyilənlər doğru oldu. İbrahim Əhmədov adlı vətəndas Sosial Xidmətlər Agentliyinə santexnik vəzifəsinə daxil olmaq üçün CV verib, buna görədə ondan əlilliyi olan qardaşının yenidən komissiyadan keçməsini tələb ediblər. Deyilənləri Sosial Xidmətlər Agentliyinin. Mətbuat xidmətini rəhbəri Мурад Гашимов mənim özumə bildirdi. Vətəndaş kamera qarsısına çıxmağ istəməsə də onun problemi ilə bağlı imkanım olan bütün dövlət təşkilatlarına və Azərbaycanda seçki qabağı yıgışıb gələn hüquq müdafiəçilərinə bildirəcəm. Məndə vətəndaşın öz danışıgı yani səs yazması var.
Hiç yorum yok:
Yorum Gönder