Müşahidəçilərimiz qanun pozuntusu aşkarlamayıb - Fuad Əliyev



Xalqımızı təbrik edirəm. Bu bir zəfər seçkiləridir. Bu seçkidə iştirak etdiyim üçün qürurluyam”.

Bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Fuad Əliyev deyib.

O bildirib ki, artıq seçkilər azad olunmuş torpaqlarımızda keçirilir:

"Bu çox sevindirici haldır. Seçkilər xalqımıza, millətimizə uğurlu olsun. Seçki qərargahımdan aldığın məlumata görə, saat 12:00-a olan məlumata görə, seçkilər normal keçirilir, seçici fəallığı yüksəkdir. Müşahidəçilərimiz bu saata qədər hər hansı qanun pozuntusu aşkarlamayıb. Seçicilər aktivdir, seçicilər gəlirlər, bu sevindirici haldır. Yəqin ki, axşama qədər seçici fəallığı indiyə qədər olduğu kimi yüksək olacaq. Seçim də, söz də vətəndaşlarımıza aiddir. Hamıya uğurlar arzulayıram", - o qeyd edib.


Hiç yorum yok:

Yorum Gönder

Pages