Əməkdar artist, aktyor Salam İsmayılov ad günüdür.




Salam Xeyrulla oğlu İsmayıl (Salam İsmayılov / Salamulla İsmayılzadə) Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1974). Bir müddət "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində çalışıb (1974-1976). 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyoru. Rusiya istehsalı olan “Çilidə gecə” (1977, rejissorlar Sebastyan Alarkon, Aleksandr Kosarev / Rusiya) filmində çəkilib. "Qızıl dərviş" mükafatına layiq görülüb. Əməkdar artistdir (2015).

Filmoqrafiya:
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Tofiq)
Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – aktyor 
Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – aktyor
Yük (1995, tammetrajlı bədii film) – aktyor (dərviş)
Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (qoca)
Koroğlu (II) (2003, sənədli serial) – aktyor (Aşıq Cünun)
Qədim Gəncə (2003, qısametrajlı sənədli televiziya filmi) – operator assistenti
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (şeyx Yusif)
Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) – aktyor (Qəzənfər)
Aktrisa (2011, tammetrajlı bədii film) – aktyor (bağban Kərim Həsənov)
Çölçü (2012, tammetrajlı bədii film) – aktyor
Əlifba yaradan müəllim (2013, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Tək olanda qorxma... (2013-2015, bədii serial) – aktyor
Qırmızı bağ (2015, tammetrajlı bədii film) – aktyor

Hiç yorum yok:

Yorum Gönder

Pages