Mingəçevir Dövlət Universitetində “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə edildi




Bakmiltv.info xəbər verir ki, Mingəçevir Dövlət Universitetində “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” mövzusunda görüş keçirildi. Görüşdə dekan müavinləri, mütəxəssislər və tyutorlar iştirak edirdilər. Qarşılıqlı fikir mübadiləsi formasında təşkil olunan görüşdə universitetin qarşıdakı illərdə qarşısına qoyduğu hədəfləri müzakirə olundu. Görüşdə iştirak edən əməkdaşların Universitetin inkişafı üçün rəy və təklifləri dinlənildi, çoxsaylı sualları cavablandırıldı.
İnkişaf mərhələsinə qədəm qoyan Mingəçevir Dövlət Universitetin rektoru Şahin Bayramov sonda Strategiyanın həyata keçirilməsində bütün əməkdaşların fəal iştirak edəcəklərinə əminliyimizi bildirdi və MDU-nun hərtərəfli inkişafına töhfələrinə görə onlara təşəkkür etdi.

MDU yeni dövrün universitetinə çevrilir!

Hiç yorum yok:

Yorum Gönder

Pages