Mayor Mürşüd Nəcəfov yaşasaydı mart ayının 1-də 68 yaşı olacaqdı



Yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, təşkilatçılıq  bacarığı,iradı,vətənpərvərliyi,xeyirxahlığı,intellektual səviyyəsi, idarəclik  qabiliyyəti və səmimyyəti  ilə seçilən, mayor Mürşüd Göygöz  oğlu Nəcəfov  1956-ci ilin mart ayının 1-də Qərbi Azərbaycanın  Germuk  şəhərində  zəhmətkeş ailədə anadan olub, 2022 -ci illin dekabr ayının 11 -də 66 yaşında    vəfat edib.

Heç kəsi özündən  incitməyən, xoş rəftarı  və şirin dilli ilə hərkəslə  doğmalıq münasibəti  yaradan Mürşüd Nəcəfov 1973-ci ildə Qərbi Azərbaycanın  Germuk şəhər orta məktəbi,1982-ci ildə  SSRİ Daxili işlər nazirliyin  Saratov şəhərində yerləşən orta ixtisas  milis məktəbini (dövlət yol polisi ixtisası üzrə) bitirmişdir.



Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini  qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə olan, Mürşüd Nəcəfov  1974-1976-ci  illərdə Sovet Ordusunda müddətli həqiqi  hərbi xidmətdə olmuşdur.


Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün  var qüvvəsi  ilə yorulmadan çalışmış,müharibə veteranı- mayor Mürşüd Nəcəfov 1991-ci illə kimi  Daxili işlər orqanlarında  müxtəlif vəzifələrdə calışmışdır.


Əsil vəndaşlıq mövqeyi ilə seçilən, mayor Mürşüd Nəcəfov  1992-1994-cü illərdə  Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi  əməliyyatlarda içtirak edərək üzərinə vəzifə və tapşrıqların  öhdəsindən layiqincə gəlmişdir. Müharibə veteranı idi.


Mayor  Nəcəfov  Mürşüd  Göygöz oğlu   1992-1997- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Ağdərə rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika xidməti rəisi, hərbi hissə komandirinin  silah və texnika xidməti üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Mürşüd  Göygöz oğlu Nəcəfov Din-in Daxili Qoşunlarından  Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra   Sumqayıt şəhərində özəl  sahələrin birində  calışmışdır. 


Mürşüd Nəcəfov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərib. O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün daimi  nümunə olmuşdur.


Nəcəfov Mürşüd Göygöz oğlu qorxmaz, vətənpərvər,  əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.

Öz xidməti vəzifə borclarını, hərbi hissə   qarşısında  qoyulmuş  tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə əla xidmətlərə görə əlacı döş və yubiley  nişanları ilə təltif olunub, bir cox  fərmanlarla  qiymətli  hədiyələrlə  mükafatlandırlıb və ona  təşəkkur elan edilmişdir. 


Mayor Mürşüd Nəcəfovun Daxili işlərnazirliyi  Daxili Qoşunlarında  səmərəli fəaliyyəti həmişə lazımınca  qiymətləndirlib.Cinayətkarlığa  qarşı  mübarizə və ictimai  asayişin  qorunmasında,  xidməti vəzifələrin yerinə yetirilməsində  fəriqləndiyinə görə  Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra medallarla təltif olunmuşdur.


Səmimi,insanpərvər, xeyirxah, vətənpərvər, işgüzar və gözəl insan,müharibə veteranı-  mayor Mürşüd Nəcəfovun  əziz xatirəsi onu tanyanların  qəlbində  həmişə yaşayacaqdır.


Allah rəhmət etsin, məkanı  cənnət olsun. 


Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və  müharibə veteranı polkovnik Salman Musayev



 

Hiç yorum yok:

Yorum Gönder

Pages