Daxili işlər nazirliyi Daxili Qoşunların Xacmaz və Nərnanov rayonlarında yerləşən hərbi hissələrin həyatında öz dəst-xətti olan- kapitan Qasımov Ramiz Cankişi oğlu 10 ildən coxdur aramızda yoxdur,ədəbiyyata,haqq dünyasına qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi,Ramiz Qasımov 2014-cü ilin yanvar ayının 26-da Bakı şəhərində vəfat etdi.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə insanlardan biridə kapitan
Qasımov Ramiz Cankişi oğlu idi. O, 1957-ci ilin oktyabr ayının 8-də Cəlilabad rayonunda zəhmətkeş ailədə
anadan olmuşdur.Hərbici ailəsində dünyaya göz acmış Qasımov Azər Ramiz oğluda atasının xidmət yolunu davam etdirək peşəkar zabit kimi 20 ildən cox Daxili Qoşunların hərbi hissələrində müxtəlif xidmət etmişdir.
Ramiz Qasımov 1964-1976-cı illərdə orta təhsilini Cəlilabad rayonda və Bakl şəhəri Sabuncu rayonunun Balaxanı qəsəbəsində almışdır.1978-ci ildə Ukrayna Respubilkasında aviasiya texniki məktəbini,1984-cü ildə isə SSRİ Daxili işlər nazirliyinin Barnaul şəhərində yerləşən xüsusi orta ixtisas məktəbi bitrimişdir.
Kapitan Ramiz Cankişi oğlu Qasımov 1978-1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1980-1982-ci və 1984-1993-cü illərdə SSRİ və Rusiya Fedarativ Respubilkasının Perm vilayətində yerləşən islah-əmək müəsussələrin birində müxtəlif vəzifələrdə işləmişdir.
Ramiz Qasımov 1994-cü illin mart ayından, 1999-cu illin may ayına kimi Azərbaycan Respubilkasının Daxili işlər nazirliyi Daxili Qoşunlarının Xacmaz (Yalama qəsəbəsində) və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri,silah xidmət rəisi, klub rəisi,avtomobil tabor komandirinin müavini vəzfələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Daxili Qoşunların Xacmaz (Yalama qəsəbəsində) və Nərmanov rayonlarında yerləşən hərbi hissələrin formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ramiz Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Qasımov Ramiz Cankişi oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ və Azərbaycan Respubilkasınınn Daxili işlər nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,islah-əmək müəsissə rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallar ilə, əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunmuş, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlmış,ona təşəkkur elan edilmişdir.
Bu gün Ramiz Qasımovun ölməz ruhunu bir daha ehtiramla yad edirik və böyük minatdarləqla xatırlayırıq,doğmalarının,əzizlərinin, yaxın qohumlarının, onu tanyan insanların və iş yoldaşlarının ürəyində yaşayan ölməz Ramiz!.. Ruhun şad olsun,Allah sənə rəhmət eləsin,məkanın cənnət olsun.Amin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvəri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder