İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR



Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri və əziz Qardaşım.

Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkidə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.

Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

13:11

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.

Sizə yenidən etimad göstərilməsi həmvətənlərinizin ətrafınızda birləşməsinin bariz nümunəsidir. Seçkidə qazandığınız qələbə Sizə xalqınızın rifahı və ölkənizin inkişafı ilə bağlı faydalı hesab etdiyiniz islahatları həyata keçirmək üçün lazım olan bütün legitimliyi verir. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan ən mühüm məsələlərdə, o cümlədən ölkə ərazisinin bütövlüyü və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində nəhəng addımlar atıb.

Cənab Prezident, əmin olun ki, Siz həmişə Cibuti xalqı və hökuməti tərəfindən ölkələrimiz arasında mövcud olan əlaqələrin möhkəmlənməsinə fayda verən hər cür dəstəyi görəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə bir daha müvəffəqiyyətlər arzulayır, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

12:08

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.

Seçki Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.

TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik”.

Hiç yorum yok:

Yorum Gönder

Pages