İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR



Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda Zuzana Çaputova Prezident vəzifəsinə seçilməsi münasibətilə dövlətimizin başçısını Slovakiya vətəndaşları adından və şəxsən öz adından təbrik etdiyini bildirib.

Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında tapılmasının önəmini vurğulayıb.

Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib.

Prezident Zuzana Çaputova Prezident İlham Əliyevə möhkəm cansağlığı və vəzifəsinin icrasında uğurlar, Azərbaycan vətəndaşlarına sülh, firavanlıq arzulayıb.

18:24

Fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

President.az xəbər verir ki, məktubda deyilir:

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçkisində qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb və yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildirərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin bu ilin yanvarında ölkəmizə rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

17:07

Slovakiya Respublikasının Baş naziri Robert Fiko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, sizin liderliyinizlə Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqınızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri dərinləşəcək və ikitərəfli əməkdaşlığın yeni sahələri üzrə daha da inkişaf edəcək. Mən bu münasibətlərin hərtərəfli yüksəlməsində, o cümlədən iqtisadi-ticari sahədə daha yaxşı nəticələr əldə olunmasında maraqlıyam. Buna görə də bu fürsətdən istifadə edərək yaxın gələcəkdə Sizinlə şəxsən görüşmək və ölkənizə rəsmi səfər etmək istədiyimi bildirirəm.

Hörmətli cənab Prezident, sizə möhkəm cansağlığı və məsul vəzifənizin icrasında uğurlar arzulayır və görüşümüzü səbirsizliklə gözləyirəm”.

16:33

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə sizə ən xoş arzularımı çatdırıram.

Ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlər daha da güclənib. Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik.

2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz.

Mən, həmçinin Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram.

Yeni səlahiyyət müddətinizdə sizə uğurlar arzulayır və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.

16:30

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.

Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin xalqlarının qarşılıqlı rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızı möhkəmləndirmək üçün birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

15:02

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə sizə uğurlar arzulayıram”.

14:25

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və vəzifənizi icra etməyə başlamağınız münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu fürsətdən istifadə edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafla bağlı milli prioritetlərini dəstəkləməyə davamlı sadiqliyini bildirirəm. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik.

Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bundan başqa, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç də dövlətimizin başçısına təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə təbrik edirəm.

Uzun illərdir ki, ölkələrimiz arasında səmimiyyət və dostluq üzərində qurulmuş münasibətlər yaxşı əməkdaşlıqla səciyyələnir. İkitərəfli münasibətlərin ümumi maraq doğuran bütün sahələrdə bundan sonra da dostluq ruhunda inkişaf edəcəyinə inandığımı, ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanmasına və genişləndirilməsinə sadiq qaldığımı bildirirəm. Bu xüsusda mən Sizinlə yeni görüşlərimizi və əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və ehtiramımı bildirirəm”.

11:47

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi ölkənizdə keçirilmiş prezident seçkisində qazandığınız qələbə münasibətilə Bosniya və Herseqovinanın vətəndaşları, Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı dövrdə tərəfdaşlıq və dostluq münasibətlərinə söykənən əməkdaşlığımızın davam etməsini və sizin Bosniya və Herseqovinaya səfəriniz zamanı imzaladığımız iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm.

Möhtərəm Prezident, sizi seçkidəki inamlı qələbəniz münasibətlə bir daha təbrik edir, sizə, ailənizə və Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.

11:37

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Seçkidə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Hiç yorum yok:

Yorum Gönder

Pages