Mart ayının qeyri-iş günləri açıqlanıb.
Bakmiltv.info xəbər verir ki, Qeyri-iş günləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində yer alıb. Belə ki, Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.
20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.
Beləliklə, gələn ay həftəsonları da daxil olmaqla 16 gün iş olmayacaq.
Hiç yorum yok:
Yorum Gönder