Barış Manço Fransada bir televiziya verilişində canlı yayımda qonaq olur.
Kobud aparıcı, verilişdə tez-tez türkləri təhqir edir, "Türk sözü barbar, vəhşi deməkdir" deyir. Nəhayət, Barış Manço aparıcıya deyir:
- Üzərinizdə kağız pul varmı?
Aparıcı çaşır: Bəli, var, niyə ki? - deyə soruşur.
Barış Mançonun israrı ilə o cibindəki bütün kağız pulları çıxarır.
Barış Manço pulun birini açıb soruşur:
- Bunun üzərindəki kimdir?
Aparıcı: General - deyir
Başqa bir pulu göstərir.
- Bəs bu?
Aparıcı: Admiral - deyir.
Beləcə bir neçə kağız pulu göstərir və komandir və s. cavablar alır.
Bu zaman o, cibindən türk pulları çıxarıb deyir:
- Bu pulda şəkli olan şəxs Məhmət Akif Ersoy - şairdir...
Bu pulda şəkli olan isə Mevlana - filosofdur...
Bu pulda şəkli olan Fatih Sultan Mehmet ədalət simvoludur...
Bu puldakı insan isə Atatürk - "Yurdda barış, dünyada barış" deyən şəxsdir...
Bizim pullarımız bunlardır.
Biz türklər incə ruhlu, mədəni insanlar olduğumuz üçün pullarımızın üzərinə şairlərimizi, düşünən insanlarımızın şəkillərini yerləşdirdik.
Siz fransızlar özünüz vəhşi, barbar olduğunuz üçün pullarınızda da ancaq savaş adamlarının şəkillərini yerləşdirmisiz.
Barış Mançonun bu mükəmməl və inanılmaz cavabından sonra, televiziya rəhbərliyi canlı yayımı kəsib aparıcını verilişdən uzaqlaşdırır və yeni aparıcı ilə efir yenidən başlayır.
Yeni aparıcı Barış Manço və türklərdən üzr istəyərək proqrama davam edir..
P.S.Allah rəhmət eləsin Bariş Mançoya , fransizlarin ağzinin payin qəşşəng verir‼️
Allah rəhmət eləsin
Hiç yorum yok:
Yorum Gönder